Yuxarı

Görünməmiş islahat: Rayonlar vilayətlərdə birləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xarici investisiyaların cəlb olunması üçün regionlarda idarəetmədə sahəsində ciddi islahatların aparılacağı ilə bağlı xəbərlər yayılıb.

İstiqlal.az saytının məlumatına görə, rayonları özündə birləşdirən vilayətlərin yaradılacağı deyilir. İslahatlara səbəb kimi də ölkə prezidentinin icra başçılarına investorları cəlb etməklə bağlı tapşırığının icrasında hələ ki irəliləyiş olmamasıdır.

Məlumata görə, hazırkı bürokratik sistem, rayon icra başçılarının korperativ maraqları, ən başlıcası isə iri biznes qruplarının maraqlarını qoruması əlverişli biznes mühitinin formalaşmasını əngəlləyir. Bunun üçün regional idarəetmə qaydaları dəyişməli, bürokratik maneələr aradan qaldırılmalıdır. Ən mühümü isə icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması nəzərdə tutulur.

Bildirilir ki, ölkədə 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla, 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla, 15 regional ərazi vahidi olacaq.

"Vilayətlərin yaradılmasında bir məqsəd də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq" - deyə mənbə bildirib.

Ekspertlər gözlənilən dəyişikliklərin həm müsbət, həm də mənfi nəticələrinin ola biləcəyini vurğulayırlar. Bu yolla büdcə xərclərinin azalacağı bildirilir. Amma eyni zamanda işsizlik probleminin daha da artacağı qeyd olunur.

Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çoxdan belə müzakirələrin getdiyini söyləyib: "Hakimiyyət dairələrində də bu cür söhbətlər gedir. Azərbaycanda bu idarəetmə sahəsində çox ciddi qüsurlar var. Kiçik əhalisi olan yerlər var ki, rayon statusu qazanıblar. Məsələn, 10-15 min əhali yaşayır, amma rayon statusu alıb. Bu yerlərə də büdcə vəsaitləri xərclənir. Büdcə vəsaitlərinə qənaət etmək, idarəetməni təkmilləşdirmək üçün bu islahatlara ehtiyac ola bilər. Məsələn, Azərbaycanın 9 iqtisadi zonasını elan etdilər və buna da uyğun olaraq, "Regionların iqtisadi-inkişaf proqramı" qəbul edildi. Bütün bunlar idarəetmə strukturunun dəyişdirilməsi prosesidir.

Bunlar mütəmadi olaraq Azərbaycanda həyata keçirilir. Bu baxımdan, belə təkliflərin olması istisna deyil. Bunun nə qədər real olub-olmaması dövlət başçısının səlahiyyətində olan məsələdir. Son sözü o deyəcək. Ola bilər ki, idarəetmə strukturunu təkmilləşdirmək üçün belə addım atılsın, struktur dəyişikliyi aparılsın. Dövlət büdcəsinə qənaət üçün də müəyyən ixtisarlar baş verə bilər. İdarəetməni daha çevik şəkildə aparmaq üçün bu cür də addımlar atıla bilər. Elə yerlər var ki, rayon kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. İqtisadi vəziyyəti tələb edir ki, digər rayonla birləşsin. Bütün bunların faydalılıq əmsalı yoxlanılmalıdır. Bu proseslər birdən-birə aparılmır. Elə bir dəyişiklik olmalıdır ki, insanların həyat tərzinə, yaşayışlarına müsbət təsir göstərsin. Daha çevik idarəetmə mexanizmi olmalıdır ki, orada problem yaranmasın. Dəyişikliyin inanmıram ki, mənfi tərəfi olsun. Amma struktur dəyişikliyi olanda, əlbəttə, müəyyən ixtisarlar olur. Ciddi problemlərin olacağına inanmıram".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bu cür dəyişikliklərin səmərə verdiyini qeyd edib: "Biz daim demişik ki, paralel qurumlar aradan qaldırılmalıdır. Bələdiyyələrin statuslarının yerli icra nümayəndəliklərinin hesabına artırılmasının tərəfdarı idik. Tədricən icra hakimiyyətlərinin tamamilə ləğv olunması üçün parlamentdə dəfələrlə çıxışlarım olub. Bu baş verərsə, paralelik aradan qalxar, idarəetmədə əhalinin daha çox hissəsi iştirak edər. Bu həm də onlara hüquq verməkdən başqa, məsuliyyət də verir. Seçkili orqanlar məsuliyyəti üzərlərinə götürür, dotasiyalar verilmir, yerli vəsait hesabına idarəetmə olur. Nəticədə məsuliyyət artır, çünki təyinat olmur. İndiki halda müəyyən inzibati dəyişikliklər etmək, bir neçə rayonun birləşdirilməsi, məncə, doğru olar.

Şişirdilmiş qurum indiyə qədər var idi. Hətta mən Nazirlər Kabinetinin də paralelik yaratdığı düşüncəsindəyəm. Prezident Administrasiyası mövcuddur və onsuz da müəyyən istiqamətləri idarə edirlər. Vilayətlər yaradılarsa, işsiz qalan insanları müəyyən sahələrdə işlə təmin etmək mümkündür. İş yerləri adı altında bu qədər şişirdilmiş aparatlara, məncə, ehtiyac yoxdur. Bir çox nazirliklərin də birləşdirilməsi, yaxud ləğv olunması qaçılmazdır. İndiki halda qeyri-neft sektorunun inkişafına bu qədər diqqət ayrılırsa, düşünürəm ki, dəyişiklik nəticəsində işsiz qalanları bu və ya digər sahələrə yönəltmək mümkündür".

Tarix
2016.10.26 / 21:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla