Yuxarı

Almaniya-İsveçrə sərhədində yol bağlandı: Partlayıcı maddə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya-İsveçrə sərhədində yol bağlandı: Partlayıcı maddə...

Almaniya-İsveçrə sərhədində avtomobilin yoxlanılması zamanı partlayıcı maddə ola biləcəyinə dair şübhə yarandığı üçün təhlükəsizlik tədbirləri çərçivəsində avtomobil yolu hər iki istiqamətdə bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Almaniya qeydiyyatlı avtomobilin İsveçrəyə daxil olarkən yoxlanılması zamanı baş verib. Avtomobil sahibinin Almaniyada cinayət törətməkdə şübhəli bilinməsi barədə məlumat olub. Bu barədə Baden-Vürtemberq əyalət polisi məlumat verib və həmin məlumat Şengen ölkələrinin sərhədlərarası məlumat və axtarış sisteminə daxil edilib.

Bundan sonra avtomobil xüsusi olaraq partlayıcı maddə axtaran itlərlə yoxlanılıb. İtlərin hər iki halda reaksiya verməsi avtomobildə partlayıcı maddə ola biləcəyi ehtimalını yaradıb.

Hazırda avtomobildə istifadəyə hazır bomba və ya partlayıcı maddənin olub-olmaması ilə bağlı araşdırma aparılır. Almaniya Federal Polisinin partlayıcı maddələr üzrə xüsusi qrupla İsveçrə tərəfinə yardım göstərir.

Təhlükəsizlik məqsədilə Almaniya və İsveçrə ərazisində həmin istiqamətdə avtomobil yolunda hərəkət bağlanıb. Məhdudiyyətlərin axşam saatlarına qədər davam etməsi gözlənilir.

Tarix
2026.09.09 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bəlkə, deyəsiniz: Ki, ölənlər günahkardır, “Şəki yaylısı” mələkdir?

Azərbaycanda alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Almaniya və Rusiyanın Bakıdakı gizli görüşündən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla