Yuxarı

Karrik "Sabah"dan danışdı: Bunu yaxşı bacarırlar...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karrik "Sabah"dan danışdı: Bunu yaxşı bacarırlar...

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis Azərbaycan təmsilçisini yaxşı tanıdıqlarını və rəqibin güclü tərəflərinin fərqində olduqlarını bildirib.

“Sabah”dan nə gözləyirsiniz?” suallna cavab olaraq Kerrik deyib:

“Onlar çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.

Karrik Çempionlar Liqasında komandasının qarşısına böyük hədəflər qoyduğunu, lakin bununla yanaşı realist olmağın vacibliyini vurğulayıb: “Turnirdə irəli getmək üçün növbəti addımı atmaq özümüzdən asılıdır. Təvazökar və realist olmalıyıq. Bruno Fernandes indiyədək Çempionlar Liqasında cəmi bir pley-off mərhələsində oynayıb. İrəliləmək bizim əlimizdədir. İstədiyimiz yerə mümkün qədər tez çatmaq istəyirik, amma bunun üçün hansı addımların atılmalı olduğunu da başa düşməliyik. Biz həqiqətən böyük işlər görməyə qadirik. İstənilən rəqiblə qarşılaşıb qalib gələ bilərik”.

“Mançester Yunayted”in son illərdə Avropa turnirlərindəki nəticələri barədə danışan Karrik keçmişə realist yanaşmağın vacibliyini qeyd edib: “Yaxın keçmişdə hansı nəticələrimizin olduğunu anlayacaq qədər təvazökar olmalıyıq. Bu, uğur qazanmaq istəyimizi və gözləntilərimizi azaltmır. Amma realist olmaq lazımdır. Əsas məsələ qarşıda bizi nələrin gözləməsidir. Bu mərhələyə hazır olan komandamız var. Öyrənməyə və inkişaf etməyə davam etməliyik”.

Baş məşqçi “Sabah”la görüşdə mümkün rotasiyaya da münasibət bildirib:

“Məhz buna görə geniş heyətimiz var. Rəqiblərin müəyyən güclü tərəflərinə və fərqli oyun üslublarına uyğunlaşmalıyıq. Cümə axşamı, sonra çərşənbə günü oynayacağıq. Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdir. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.

Sıx təqvim və qarşıdakı Mançester derbisi ilə bağlı Karrik deyib:

"Bu, məni narahat etmir. İdeal vəziyyət deyil, amma bununla bağlı edə biləcəyimiz çox şey yoxdur. Bizə düşən vəziyyətə uyğun hərəkət etməliyik”.

Karrik “Mançester Yunayted”in Çempionlar Liqasında mümkün qədər uzun müddət mübarizə aparmaq istədiyini də vurğulayıb:

“Əsas çağırış budur – Çempionlar Liqasında qalmağa davam etmək. Bura gəlmək üçün yaxşı iş görmüşük, amma irəliləmək istəyirik. Bizdə nəyəsə nail ola biləcəyimizə dair gözlənti, ümid və inam olmalıdır. Cavab həmişə qələbə qazanmaqdır. Nə qədər çox oyun qazansaq, turnirdə daha irəli getmək şansımız da bir o qədər çox olar”.

“Mançester Yunayted”in baş məşqçisi Çempionlar Liqasının onun üçün xüsusi turnir olduğunu bildirib:

“Bu, sehrli turnirdir. Biz məhz burada olmaq istəyirik. Bu fürsətdən maksimum yararlanmaq niyyətindəyik. İllər ərzində bu turnirdə xüsusi gecələrin şahidi olmuşuq. Ən yaxşılarla qarşılaşaraq özünü sınamaq üçün ən yaxşı yarışdır. Burada olduğumuz üçün çox şadıq, amma bura sadəcə bu anın dadını çıxarmaq üçün gəlməmişik. Biz bura işimizi görməyə gəlmişik”.

Karrik futbolçu kimi Çempionlar Liqasını qazanmasını karyerasının ən böyük uğuru adlandırıb:

“Bəli, şübhəsiz, futbolçu kimi yaşadığım ən gözəl hiss idi. Uzun illər yüksək səviyyədə oynamaq insana məmnunluq verir, amma Çempionlar Liqasını qazanmaq yaşadığım ən gözəl hissdir. Bunu yenidən yaşamaq çox gözəl olardı”.

Xatırladaq ki, “Mançester Yunayted” - “Sabah” oyunu sentyabrın 10-u “Old Trafford”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Tarix
2026.09.09 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla