Yuxarı

Sabah bu rayonda su olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah bu rayonda su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Külüllü–Zərdab magistral su xəttinin 11-ci km-də diametri 400 mm olan dəmir boruda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı hazırlıq işləri aparılır.

Qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar sentyabrın 10-da saat 07:30-dan etibarən Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Zərdab şəhərinə suyun əvvəlki rejim üzrə verilməsi 24 saat ərzində bərpa ediləcək.

Xidmət yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir, göstərdikləri səbrə görə təşəkkür edir.

Tarix
2026.09.09 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla