Yuxarı

“Zirvəyə Aparan İşıq” adlı tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zirvəyə Aparan İşıq” adlı tədbir keçirildi

Xətai rayonunda rayon İcra Hakimiyyətinin və Xətai rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, müəllimlər, şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müəllimləri peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramları çərçivəsində Xətai rayonunda yerləşən bütün məktəb və uşaq bağçaları müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edilir, idman meydançaları salınır və təhsil müəssisələri müasir avadanlıqlarla təmin olunur.

Rafiq Quluyev qeyd edib ki, bu diqqət və qayğının əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təməl prinsiplər dayanır və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Rayonun təhsil sahəsində qazandığı uğurlardan danışan icra başçısı bildirib ki, 2025–2026-cı tədris ilində orta məktəbi bitirən 4 544 məzundan 3 018-i ali təhsil müəssisələrinə qəbul olub, 61 məzun 650-dən yuxarı bal toplayıb, 9 məzun isə məktəbi qızıl medalla başa vurub.

Digər çıxış edənlər Prezident cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələrindən, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, eləcə də Azərbaycan təhsilinin inkişafında mühüm rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıblar.

Sonda pedaqoji fəaliyyətində fərqlənən, tədrisdə yüksək nəticələr əldə edən müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Tarix
2026.10.03 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla