Yuxarı

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Azərbaycan və Ermənistan delimitasiya üzrə işləri şimal sərhədindən cənuba doğru aparmaq barədə razılaşıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edib.

“Delimitasiya üzrə Dövlət komissiyasının tərkibi dəyişməzdir. Komissiyaya Baş nazirin müavini cənab Şahin Mustafayev rəhbərlik edir. Mütəmadi olaraq komissiyaların görüşləri keçirilir və müzakirələr aparılır. Ermənistanda da müvafiq komissiyaya Baş nazirin müavini rəhbərlik edir”, - Ceyhun Bayramov qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul və təsdiq olunub:

“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”.

Ceyhun Bayramov daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb:

“Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”.

Tarix
2026.09.09 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla