Yuxarı

“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı

İngiltərənin "Opta" futbolda statistik və analitika şirkəti 2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasında komandaların mərhələləri keçmək və turnirin qalibi olmaq şanslarını hesablayıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, superkompüterin açıqladığı proqnoza əsasən, turnirin əsas favoriti “Arsenal”dır. London klubunun Çempionlar Liqasını qazanmaq ehtimalı 20,9 faiz qiymətləndirilib.

2-ci sırada “Bavariya” (19,4 faiz), 3-cü yerdə “Mançester Siti” (12,3 faiz) qərarlaşıb. “Barselona”nın çempionluq şansı 8,2, PSJ-nin 7,1, “Liverpul”un isə 6,1 faiz göstərilib.

Azərbaycan təmsilçisi “Sabah” isə 34-cü yerdədir. Bakı klubunun pley-off mərhələsinə yüksəlmək ehtimalı 15,9 faiz, 1/8 finala çıxmaq şansı isə 4,8 faiz hesablanıb. “Sabah”ın 1/4 finala yüksəlmək ehtimalı 0,9, yarımfinala çıxmaq şansı 0,2, finala yüksəlmək ehtimalı isə 0,1 faizdir. Turnirin qalibi olmaq ehtimalı 0 faiz göstərilib.

“Opta”nın proqnozuna görə, ən aşağı göstərici “Slovan” və “Şaxtyor”a məxsusdur. Onlar müvafiq olaraq 35-ci və 36-cı yerlərdə qərarlaşıblar.

Turnirdə iştirak edəcək bütün 36 komandanın şansları:

Tarix
2026.09.09 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla