Yuxarı

51 yaşlı kişi qadını öldürdü, sonra...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl hadisəsi törədilib.

APA-nın məlumatına Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti Binə qəsəbəsində tapılıb. Yerli sakinlər dəmiryol stansiyasının yaxınlığında qadın meyiti tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Əraziyə baxış keçirən polis və prokurorluq əməkdaşları qətlə yetirilənin 45 yaşlı İlhamə Eynulla qızı Talıbova olduğunu müəyyənləşdiriblər. Ekspertlər qadının üzərində 13 bıçaq yarası müəyyən ediblər. Qətlin Suraxanı rayonu ərazisində törədildiyi də məlum olub.

Daha sonra əməliyyatçılar qətli törətməkdə şübhəli bilinən şəxsin izinə düşərək, axtarışlara başlayıblar. Məlum olub ki, qətli törədən şəxs Nardaran sakini, 51 yaşlı Azər Şəmsəddin oğlu Ağayevdir. İlhamə Talıbova və Azər Ağayev arasında sevgi münasibətləri olub.

Polis əməkdaşları Azər Ağayevi ğır vəziyyətdə şəhər xəstəxanalarından birində tapıblar. O, ağır yol qəzası nəticəsində aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Xəstəxanada dindirilən Ağayev qeyr-rəsmi nikahda yaşadığı İlhamə Talıbovanın meyitini atdıqdan sonra avtomobillə oradan uzaqlaşdığını və yolda qəzaya düşdüyünü bildirib.

Saxlanılan Azər Ağayev ifadəsində İlhamə Talıbovanı qısqanclıq zəminində öldürdüyünü bildirib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Tarix
2016.10.27 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla