Yuxarı

“BakuBus”dan yeni layihə - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün BakuBus MMC paytaxtın Xətai rayonunda yerləşən 138 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə "Gələcəyin sərnişinləri" adlı yeni maarifləndirici layihəyə start verib.

Şirkətdən Report-a verilən məlumata görə, layihənin əsas məqsədi məktəblilərə ictimai nəqliyyatdan, şirkətin avtobuslarının xidmətndən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətmək, onlara nümunəvi, ictimai fəal sərnişin kefiyyətlərini aşılamaqdır.

Əvvəlcə şagirdlərə Sürücü Təlim Mərkəzində təlimatçı-müəllimlər tərəfindən ictmai nəqliyyat vasitələri haqqında ətraflı məlumat verilib, əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub. Sonra şagird və müəllimlər "BakuBus" avtobusları ilə Dövlət Bayrağı Meydanı istiqamətində yola düşüblər. Avtobusda şagirdlərə ictimai nəqliyyatdan, istifadə qaydaları ilə yanaşı, digər yol hərəkəti qaydaları, yol nişanları, piada keçidləri və s. haqqında geniş məlumat verilib.

Sonda məktəblilərə hədiyyələr təqdim olunub və onlara təəssüratları ilə bağlı inşa işi yazıb "BakuBus"un elektron ünvanına göndərərmələri tövsiyyə olunub. Bu yazılardan üç ən yaxşısı seçilərək müəllifinə xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, "BakuBus"un "Gələcəyin sərnişinləri" adlı layihəsi mütəmadi xarakter daşıyacaq gələcəkdə Bakının digər məktəblərini də əhatə edəcək.

Tarix
2016.11.05 / 15:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla