Yuxarı

Bakıda gəlinin ərini öldürməsinin - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:54

Bakıda qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Günel Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayaraq öldürüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb. Qadının ərini hansı səbəbdən öldürdüyü araşdırılır.

23:57

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən dəhşətli qətli bəzi təfərrüatları məlum olub.

Xəzər TV-nin məlumatına əsasən, 26 yaşlı Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə yaşadıqları evdə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən qadın bıçaqla ərinə bir neçə zərbə vurub. Ağır xəsarət alan Şəmsi Babayev elə hadisə yerindəcə ölüb.

Qohumların sözlərinə görə, cütlük bir neçə il əvvəl ailə qurub. Təxminən iki il əvvəl isə Gülər ana olub. Ərlə arvad tez-tez ailədaxili məsələlər üstündə mübahisələr ediblər.

Mərhumun yaxınları iddia edirlər ki, Şəmsi Babayevi Gülər qohumları ilə birlikdə öldürüb.

Hadisə ilə əlaqədar Sabunçu polisi Gülər Mirzəyevanı şübəhli şəxs qismində saxlayıb. O, ilkin ifadəsində həyat yoldaşını qətlə yetirməsini etiraf edib. Faktla bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə (ölümə səbəb olduqda) maddəsi ilə cinayət iş başlanılıb.

Tarix
2016.11.07 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla