Yuxarı

Fuad Poladov xəstəxanada - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fuad Poladovun səhhətində problem yaranıb.

Bakipost.az xəbər verir ki, aktyor bu gün Bakının özəl xəstəxanalarından birində olub.

Xalq artistinin səhhətində yaranan problemin nədən ibarət olduğu hələlik məlum deyil.

Xəstəxananın F.Poladovu müayinə edən həkimi sosial şəbəkədə aktyorla birlikdə fotosunu paylaşaraq bunları yazıb:

"Bu gün bayram günü olmasına baxmayaraq biz işləyirik. Günümə sevinc qatan qonağım Fuad Poladov oldu. Şükürlər artıq hər şey geridə qaldı. Allah şəfa versin".

F. Poladov isə açıqlamasında səhhətində hər hansı problem yaranmadığını bildirib: "Səhhətimlə bağlı heç bir problemim yoxdur. Yanına getdiyim həkim mənim tanışımdır. Sadəcə söhbət eləmək istəyirdik".

Həkim isə Fuad Poladovun xəstəxanaya müraciət etməsinin tamam başqa məsələlərlə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, aktyor həyat yoldaşının səhhətində yaranmış problemlə bağlı müraciət edib: "Fuad bəy xəstəxanaya həyat yoldaşını gətirmişdi. Gəldilər, müayinə etdik və getdilər".

Qeyd edək ki, Fuad Poladov ötən ay Akademik Milli Dram Teatrından ayrılıb. O, işdən qovulan aktyor Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq belə bir addım atdığını deyib. Onun "Azdrama"dan gedişi böyük ajiotaja səbəb olub.F. Poladov "Azdrama"dakı son tamaşasında anşlaqla yola salınıb.

Tarix
2016.11.10 / 10:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla