Yuxarı

Paulo Koelyo xoşbəxtliyin sirrini açır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İki damcı yağ"

(İbrətamiz hekayə)

Bir tacir xoşbəxtliyin sirrini öyrənmək üçün oğlunu müdriklərin müdrikinin yanına yolladı. Gənc oğlan düz qırx gün səhrada gəzib-dolaşandan sonra bir saraya gəlib çatdı. Sarayın qarşısında çoxlu adam toplaşmışdı. Həmin sarayda gənc oğlanın axtardığı müdrik yaşayırdı.

Necə deyərlər, gənc oğlan axtardığı müdrik adamı görmək ümidi ilə otağa girir. Otağa tacirin biri girib, biri çıxardı. Otağın bir tərəfində adamlar söhbətləşir, bir tərəfdə orkestr həzin bir musiqi çalırdı. Otaqda bir stol vardı ki, onun da üstündə dünyanın ən ləziz yeməkləri düzülmüşdü.

Müdrik adam hər bir tacirlə bir-bir söhbət edirdi, buna görə də cavan oğlan ancaq iki saat gözlədikdən sonra növbəsi çatdı.

Cavan oğlan gəlişinin səbəbini dedi, müdrik adam səbirlə ona qulaq asandan sonra dedi ki, indi onun xoşbəxtliyin sirrini izah etməyə vaxtı yoxdur. Beləliklə də, müdrik adam gənc oğlana təklif etdi ki, iki saatdan sonra gəlsin, bu vaxt ərzində sarayı gəzib dolaşsın.

- Sizdən bir xahişim var. Sarayda gəzərkən bu çay qaşığını da özünlə götür, qoyma yağ tökülsün, - bunu deyib müdrik adam gənc oğlana bir çay qaşığı verdi və qaşığa iki damcı yağ tökdü.

Gənc oğlan otaqdan çıxıb pilləkənlərlə sarayın o baş-bu başına getdi. Amma gözünü qaşıqdan çəkmirdi. İki saat keçəndən sonra o müdrik adamın yanına qayıtdı.

- Deməli, belə, cavan oğlan, sarayın yemək otağındakı Fars qobelenlərini gördünmü? Dünyanın ən bacarıqlı bağbanının 10 il vaxt sərf edib yaratdığı bağımı gördünmü? Kitabxanamdakı perqament üzlü kitabları gördünmü?

Həyəcandan utanan oğlan etiraf edir ki, o bunların heç birini görməyib. Çünki bütün fikri qaşıqdakı yağda olub ki, ona etibar edilmiş yağı dağılmağa qoymasın.

Elə isə geri qayıt, get mənim möcüzə dünyamı təzədən gəz. Kiminsə evini görmədən ona etibar edib inanmaq olmaz, - müdrik adam deyir.

Cavan oğlan rahat nəfəs alıb qaşığı da götürüb otaqdan çıxır, sarayı gəzib dolaşır. Bu dəfə o gördüyü hər şeyə, tavanda, divarlardakı şəkillərə diqqət verir. O möcüzəli bağı görür, sarayın ətrafındakı dağlara baxır, rəngarəng güllərə tamaşa edir. Müdrik adamın yanına qayıdanda cavan oğlan gördükləri haqda bir-bir məlumat verir.

Bəs mənim sənə etibar etdiyin o iki damcı yağ hanı? - müdrik adam cavan oğlandan soruşur.

Əlindəki qaşığa baxan oğlan görür ki, yağ dağılıb.

- Mən sənə yalnız bir məsləhət verə bilərəm. Xoşbəxtliyin sirri dünyanın gözəlliklərinə tamaşa edərkən əlində tutduğun qaşıqdakı iki damcı yağı unutmamaqdadır, - müdriklərin müdriki dedi.

Tərcümə etdi: Sevil Gültən

4 aprel, 2014

Tarix
2014.04.15 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla