Yuxarı

Hacıbala Abutalıbov sərəncam verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakıda avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilsin.

Sərəncamda bildirilir ki, tabeçiliyindən asılı olmayaraq, qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçirilsin.

Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırır ki, Daxili İşlər Nazirliyinin Dövlət yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyi, ictimai təhlükəsizlik tədbirlərinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti "Duracaq"lar yaradılmasını təşkil etsin.

Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi yaradılacaq duracaq ərazilərinin nişanlanması və duracaqların müvafiq (tariflər və vaxtı göstərən) məlumat lövhələri ilə təmin edilməsini, duracaq işinin nizamlanması həyata keçirməlidir.

Durmanın səmərəli təşkili və qanunsuz durmanın qarşısının effektli alınmasının təmin edilməsi məqsədilə təşkil ediləcək yeni duracaqlarda İntellektual Nəzliyyat Sisitemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə etməklə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq etməlidir ( Trend ).

Tarix
2014.04.17 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla