Yuxarı

Hacıbala Abutalıbovun gecələdiyi çadırdan - Fotoreportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il mayın 10-da Bakıda Gül bayramı keçirilir. Bu il də bayramın keçırılməsi planlaşdırılır. Hazırlıq işlərinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) rəhbərlik edir.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda BŞİH-in başçısı Hacıbala Abutalıbovun Gül bayramı ilə əlaqədar sarayın qarşısındakı bağda özü üçün çadır mənzil-qərargah tikdirdiyi barədə xəbər getmişdi. Xəbərdə qeyd olunurdu ki, mer hazırlıq işlərinə ciddi önəm verdiyindən hətta çadırda gecələyir. Meriya nümayəndəsi isə mətbuata bildirmişdi ki, mer hazırlıq işləri ilə şəxsən özü məşğul olur. Mütəmadi olaraq hazırlıq yerinə gəlir.

Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün "Axar.az"ın əməkdaşı sözügedən yerdə oldu.

Bu il bayramın tərtibində öncəki illərdən fərqli olaraq Gül bayramı keçirilən yerin ərazisi "Qış bulvarı"na qədər uzanır. Hazırlıq işlərinin getdiyi bir vaxtda orada rəhbərlikdən heç kim olmasa da, ərazidəki nəzarətçi suallarımızı cavablandırdı.

Onun sözlərinə görə, H. Abutalıbov çadırda gecələməyib: "Bu şayiədir. Hacıbala müəllim bir neçə dəfə burada olub. Hazırlıq işlərinin gedişi ilə maraqlanıb və gedib. Onun burda gecələməsi nə ilə bağlı ola bilər ki? Bu çadıra gəlincə isə bu, ona görə qurulub ki, hazırlıq işlərində istifadə olunan alətlər, konstruksiya materialları və ustalara lazım olan digər ləvazimatlar iş bitdikdən sora bura qoyulsun".

Nəzarətçi hazırlıqla bağlı suallarımızı isə belə cavablandırdı: "Hələlik konstruksiya işləri gedir. Əsas işlər may ayının 1- dən başlanılacaq. Güllər də o vaxt gətiriləcək. Onda gəlsəniz, meri də görə bilərsiniz. Hazırda ərazinin sxemi çəkilir".

Qeyd edək ki, "Qış bulvarı"nda görülən işlərlə paralel parkın ətrafındakı hündürmərtəbəli binalarda da restavrasiya işləri aparılır.

Xatırladaq ki, gül bayramı 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilir. Budəfəki Gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir. Mərasimlə əlaqədar Hollandiya, İtaliya, İspaniya və Avstraliyadan güllər sifariş olunub.

Tarix
2014.04.17 / 12:47
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla