Yuxarı

Nazirlikdən mobil telefon açıqlaması

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda mobil telefonların IMEI kodlarının məlumat bazasında 13,4 milyondan çox mobil telefon qeydiyyata alınıb.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mobil telefonlarla yanaşı, sistemə GSM standartlı (naviqator, məişət texnikası və b.) qurğular daxil edilib.

Məlumata görə, sistemin istifadəyə verildiyi andan mobil telefonların itməsi ilə bağlı müraciətlərin sayı təxminən 2,2 min təşkil edib və onların şəbəkədə işi kəsilib.

Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi 2013-cü il mayın 1-dən işə salınıb.

Həmin tarixdən etibarən respublika ərazisinə şəxsi istifadə (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaq. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.

Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı) haqqında dədiq məlumat almağa imkan verir /Trend/.

Tarix
2014.04.20 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla