Yuxarı

Bakının əsas prospektlərində yol çökdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan paytaxtında yol çöküb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, çökmə Nobel prospekti - 67 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında, şəhər istiqamətində olan hərəkət zolağında qeydə alınıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlamasında deyib ki, çökmə səhər saat 8 radələrində qeydə alınıb.

Onun sözlərinə görə, yolun alt hissəsində, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızma nəticəsində yolun torpaq yatağı və əsası yuyulub, bununla da asfalt-beton örtüyü çöküb.

P. Mürsəliyev deyib ki, "Azəryolservis" ASC və "Azərsu" ASC-nin əməkdaşları hazırda hadisə yerindədir: "Yaranan problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Yəqin ki, yolda qazıntı işlər aparılan zaman hərəkət məhdudlaşdırılacaq".

Tarix
2014.04.21 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla