Yuxarı

Bakıda polis zabitinin evində əməliyyat aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Canpolad Eyvazovun Quşçuluq massivində yerləşən həyətindən 300 kq mənşəyi məlum olmayan iylənmiş toyuq əti aşkarlanıb.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, əməliyyatı Abşeron rayon baytarlıq idarəsi həyata keçirib.

Məlumata görə, iylənmiş toyuq əti dönərxanalara ötürülürmüş.

Baytarlıq idarəsinin əməkdaşı Fəxrəddin Səmədov müxbirimizə bildirib ki, götürülmüş ət Baytarlıq İdarəsinin laborotoriyasına göndərilib, ekspertiza rəyindən sonra keyfiyyəti haqda dəqiq məlumat veriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova isə "Axar.az"a bildirib ki, bugünkü əməliyyat Balaxanı, Abşeron və Keşlədə baş tutmalı imiş:

"Tədbirlər nəticəsində Balaxanı kəndində 1,2 tona yaxın, Abşeron rayonunda isə 300 kq sümükdən ayrılmış, antisanitar vəziyyətdə olan hind quşu əti aşkarlanıb. İndi isə reyd üçün Keşləyə yola düşürük".

Qonşuların verdiyi məlumata görə, Quşçuluq massivindəki həmin ev Yasamal rayon Polis şöbəsində işləyən bir polis zabitinə məxsusdur. Canpolad Eyvazov həmin evdə kirayədə yaşayır. Əməliyyat sırasında o, evdə olmayıb.

Xatırladaq ki, hadisə yerinə Abşeron Rayon Polis İdarəsi, Baytarlıq İdarəsinin əməkdaşları və rayon prokurorluğu cəlb olunub.

Tarix
2014.04.22 / 14:05
Müəllif
Elvin Mahmudov, Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla