Yuxarı

Müsəlmanların halal kosmetikaya xərclədiyi fantastik məbləğ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubaydan Azərbaycana halal geyim və kosmetika gətiriləcək. Bu barədə fikirlər Dubayın Ticarət və Sənaye palatasının üzvlərinin iştirakı ilə ölkəmizdə keçirilən Pərakəndə və Françayzinq biznesi üzrə dəyirmi masada səsləndirilib.

Şirkətlər əsas hədəflərinin ölkəmizdə halal pərakəndə satış potensialını inkişaf etdirmək olduğu bildiriblər.

Dubaydan gələn rəsmilərin və iş adamlarının sözlərinə görə, hazırda dünyada pərakəndə ticarətin 10 faizi halal malların satışının payına düşür. Bura yalnız ərzaq deyil, həm də ətriyyat, kosmetika, geyim kimi məhsullar daxildir. 2012-ci ildə müsəlmanlar islam geyiminə 224 milyard, təkcə halal kosmetikaya isə 26 milyard dollar pul xərcləyiblər.

Hazırda halal satışın ikinci mərkəzi olan Dubay Azərbaycan kimi hələ potensialı tam istifadə olunmayan ölkələrin hesabına bu rəqəmləri artırmaq niyyətindədir.

Bəs halal geyim və kosmetika necə müəyyən ediləcək? Ölkəmizdə bununla bağlı standart varmı?

İslam qaydalarına görə, halal geyimin təməlində əsas məsələ ayıb yerlərin örtülməsidir, ikincisi gözəl görünməkdir.

""Ey insanlar" Sizə övrət yerlərinizi örtəcək və sizi gözəlləşdirəcək paltarlar yaratdıq"".

İslama görə, kişilərin ipək paltar geyinməsi, qızıl taxması haram buyrulub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə hazırda ölkədə yalnız halal qida ilə bağlı milli standartın olduğunu dedi:

"Halal geyim və kosmetika ilə bağlı milli standart olmasa da, bu istiqamətdə işlər aparılır. Komitə tərəfindən bununla bağlı beynəlxalq standartlar mövcuddur. Yaxın gələcəkdə bu standartlar öyrənilib, milli standartların hazırlanmasında istifadə ediləcək".

Komitə rəsmisi onu da bildirdi ki, hazırda geyim və kosmetika ilə bağlı təhlükəsizlik və keyfiyyət tələbləri mövcuddur. Ölkəyə idxal edilən məhsullarda da bunlar əsas götürülür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu məhsullar üzrə halal standartı kağız üzərində yazıla bilər, lakin ona nəzarət çox mürəkkəbdir:

"İnsanların böyük əksəriyyəti halal kosmetika, halal geyim məhsulları adı ilə aldadılır. Kosmetikanın tərkibində yüzlərlə maddə olur ki, onların dini qaydalara uyğun olub-olmadığını araşdırmaq mümkün olmur. Paltarlar daşınarkən, xammal hazırlanarkən haramlıq qatılmadığına kim nəzarət edəcək?".

E.Hüseynov halal geyim və kosmetikanın necə müəyyən edilə biləcəyindən də danışdı:

"Kosmetikanın tərkibində müxtəlif yağlar, piylər, rəngverici maddələr var ki, bunlar halal hesab edilə bilməz. Geyimin tərkibində istifadə olunan parçalar, onların hazırlandığı iplərin saxlanması, haram məhsullarla əlaqədə olmaması ilə bağlı standart müəyyən edilə bilər. Bunu hazırlamaq çətin deyil. Amma parçanın sapı, rəngi ayrı-ayrı ölkələrdən gətirilirsə, onun halallığına kim nəzarət edə bilər? bir sözlə halal o zaman real olacaq ki, ona nəzarət etmək mümkün olsun" /Publika/.

Tarix
2014.04.22 / 16:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla