Yuxarı

Hikmət Hacızadə: “Lenin bizim böyük rəhbərimiz idi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Solçular və əks cinahda dayananlar V.İ.Leninin ad gününü necə xatırlayır?

Bu gün tarixin olduqca ziddiyyətli şəxsiyyətlərindən olan Vladimir İliç Leninin doğum günüdür. O, dünyanın siyasi mənzərəsinə yenilik gətirmək, ilk kommunist dövləti yaratmaq kimi böyük tarix yazmış biridir.

Maraqlıdır, bəs Azərbaycanın ictimai-siyasi xadimləri V.İ.Leninin doğum gününü necə xatırlayırlar? Onlar üçün bu gün nə ifadə edir?

"Axar.az" V.İ.Leninin ad gününə həsr etdiyi yazını təqdim edir

Əsl insan cəmiyyətini əyani göstərən bir şəxsiyyət

"Altay" Strateji Araşdırmalar Mərkəzinin (ASAM) sədri, solçu jurnalist Elçin Bayramlı V.İ.Lenini bəşər tarixinin şəksiz ən dahi şəxsiyyəti hesab edir:

"Tarixin ən böyük dövlətini, ən ədalətli insan cəmiyyətini, ən qüdrətli dövlət quruluşunu yaradan adam haqda başqa heç nə demək olmaz. Baxmayaraq ki, indi bəziləri onu aşağılamağa çalışır, həmin adamlar vəhşi kapitalizm tərəfindən necə istismar olunduqlarının, necə rəzil həyata məruz qoyulduqlarının fərqində belə deyillər. Mən pasportumu Sovet dövründə almışam. 16 yaşadək bu quruluşda yaşadım, 23 ildir də kapitalizm quruluşunda yaşayırıq. Bu hər iki sistemi müqayisə etmək tamamilə kifayətdir. Sovet sistemi ən insani, ən ədalətli, ən əxlaqlı sistem idi. Sosializm insanlığı meşədən çıxarıb yeni insan cəmiyyəti yaratdı. Təəssüf ki, indi yenidən meşəyə qayıtma prosesi gedir. Lenin mənim üçün bərabərlik, ədalət, azadlıq, insanlıq simvoludur. Əsl demokratiya SSRİ-də mövcud idi. Demokratiya, məlum olduğu kimi, xalq hakimiyyəti deməkdir, xalq da yalnız SSRİ-də hakimiyyətdə oldu. Dövlətlərin insani səviyyəsi yalnız intiharların sayı ilə ölçülür. Qalan hər şey cəfəngiyyatdır. İntiharların səviyyəsinə görə, dövlətimiz dünyada ən aşağı yerdə idi, amma təriflənən demonkratik dövlətlər ilk yerləri tutur. Bir cəmiyyətdə ki insanlar özlərini öldürür, o dövlətin, cəmiyyətin bütün inkişaf göstərciləri boş sözlərdən başqa bir şey deyil. Belə nağıllarla yeniyetmələri, gəncləri aldatmaq olar, amma orta və yuxarı yaşlı nəsilləri aldatmaq mümkün deyil. Çünki hər iki sistemi yaşayıb görmüşük. Biz Sovet adamları Lenini dünyaya əsl insan cəmiyyətinin necə olmalı olduğunu əyani göstərən bir şəxsiyyət kimi tanıyırıq".

Xatırlanmağa, yad edilməyə layiqdir

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Sovet illərində bu günü kütləvi iməclikləri ilə xatırlayır: "Həmin gün bütün imperiyada iməcliklər keçirilirdi. Hər yerdə yır-yığış olur. Hər kəs həmin gün küçələrə axışırıdı. Lenin böyük şəxsiyyət idi. O böyük Rusiyanı ilk dəfə xaosdan çıxaran bir insandı. O, faşizmə qalib gəlməyi bacarmış lider olub. Lenin bu gün də ad günü qeyd edilməyə layiq şəxsiyyətdir. İnsana qiymət verəndə təkcə yaxşı, ya pis xüsusiyyətlərinə görə qiymət verməzlər. Bu tarixi şəxsiyyətin əvəzolunmaz xidmətləri olub. Tarixdə ad qoymuş bir insan xatırlanmağa, yad edilməyə layiqdir".

Mükafat, orden, medal…

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Leninin doğum gününün ümumxalq bayramı olduğunu xatırlatdı:

"Bu gün çox təəssüf ki, Azərbaycanda Leninin abidəsi yoxdur. Bu səbəbdən bizim partiya onun doğum gününü abidəsini ziyarət etmədən qeyd edir. Bu gün Moskvada daha yüksək səviyyədə qeyd edilir. Bu gün ilə bağlı mənim çoxlu xatirəm var. Mən sosializmin banisi olaraq deyə bilərəm ki, bu gün dövlət səviyyəsində qeyd edilirdi vaxtilə. Əmək kollektivləri həmin gün raport verirdi. Həmçinin həmin gün əmək qabaqcılları da mükafatlandırılırdı. Əməkçilər ordenlərlə, medallarla təltif olunurdu. SSRİ məkanında olan 15 respublikanın hamısında, başda Moskva olmaqla yüksək səviyyədə qeyd edilirdi bu gün. Ümumxalq bayramı idi Leninin doğum günü. Tarixin bu günü qəzetlərin baş məqalələri, radio və televiziyanın əksər verilişləri buna həsr edirdi".

Leninin doğum günü pioner olmuşam

Ərəstun Oruclu : "Bu günlə bağlı elə də xatirəm yoxdu. Ən gözəl xatirəm isə həmin gün pioner olmağımdır. Leninin doğum günü mən pioner adı almışam. Xatirəm budur".

Hamı bayram keçirməyə məcbur edilirdi

Hikmət Hacızadə: "Sovet hökuməti illərində bu gün böyük bir bayram idi. O vaxt üçün ulu öndər o idi. İclaslar, yürüşlər, mitinqlər keçirilirdi. Dünyada ən ziyanlı adamlardan biri idi Lenin. Hansı ki, onun zibilini indi də çəkirik. Mənim indi də yadımdadı. O vaxtlar çox pis idi vəziyyət. İnsanları məcbur edirdilər bayram keçirməyə, yürüşə, mitinqə çıxmağa. Heç də hər kəs istəyərək bu bayramı keçirmirdi. Məcbur edilirdi hamı".

Tarix
2014.04.22 / 17:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla