Yuxarı

Adnan Oktarın ən sevimli “kedisi” danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə məşhur dindar Adnan Oktarla bağlı Azərbaycan mətbuatında yazılanlar səs-küyə səbəb olub.

Bu gün Adnan Oktarın "kediciklər" adlandırdığı cazibədar xanımların Tvitter hesablarında Azərbaycan haqqında təhqiramiz ifadələr işlətdikləri haqqında mediada bir sıra məlumatlar yayılıb.

Lakin məsələ ilə bağlı açıqlama verən "kediciklər" bu tivitlərin onlarla heç bir bağlılığı olmadığını deyiblər.

Adnan Oktarın ən sevimli "kedisi" olan Didəm Ürər Publika.az-a açıqlamasında yazılanlara münasibət bildirib.

-Didəm xanım, son günlər Azərbaycan mediasında xocanız dediyiniz Adnan Oktar və sizlər haqqında çoxlu yazılar dərc olunur. Oxumusunuzmu, necə qarşılayırsınız?

-Bəli, bu yazılarla tanışıq. Biz çox izlənən bir dini qrupuq. Məqsədimiz dünyada islam birliyinin qurulmasıdır. Bizim söhbətlərimiz anti-Darvinizim və anti-materializim ətrafında olduğu üçün bəzi solçu çevrələri narahat edir. Onlar tez-tez bizə qarşı belə hücumlar edirlər. Azərbaycan mediasında yazılanlar bunun tərkib hissəsidir.

-Bu gün sizin qrupun qızlarının yazdığı deyilən tvitlər gerçəkdən sizəmi aiddir?

-Əsla, dediyim kimi, bu bizə qarşı olanların qara propaqandansından başqa bir şey deyil. Azərbaycan bizim ikinci vətənimzidir. Sizlər bizim can qardaşlarımızsınız. Başqa bir durum müzakirə mövzusu deyil.

-Azərbaycan mediasında Adnan Oktarın ətrafında olan qadınları cinsi istismara məruz qoyduğu deyilir. Hətta bunla bağlı konkret şikayətçi var. Nə düşünürsünüz xocanız haqqında?

-Bunlar çox ucuz propaqanda üsullarıdır. Heç kim belə xəbərlərə inanmaz. Meyvə verən ağac daşlanır həmişə. Peyğəmbər əfəndimizə iftira atanlar müsəlmanlara hər zaman iftira atar. Həzrəti Yusifə də iftira atmışdılar.

-Azərbaycana gəlməyi düşünürsünüzmü xocanızla birlikdə?

-Hazırda düşünmürük. Amma birləşək, pasportlar ortadan qalxsın gələrik.

-Niyə müstəqil bir dövlət olan Azərbaycanın Türkiyəyə birləşməsini israrla təkid edirsiniz?

-Bu siyasi bir birləşmək tələbi deyil, sadəcə könül bağından söhbət gedir.

-Könül bağımız zatən var. Bu durumda siyasi bir istək olmurmu bu?

-Xeyir, bu islam birliyinin ilk mərhələsi olmalıdır.

-Adnan Oktar sizi canlı yaymdan kənarlaşdırdı. Necə qarşıladı qızlar bunu?

-Bu bizim ortaq qərarımızdır və normal qarşıladıq.

-Həm islam, həm də dekolitə bir arada necə mümkündür?

-İslam gözəl olan hər şeydir. Dində basqı yoxdu. Kim istəyir hicab taxsın, kim də istəyir dekolitə geyinsin. Əsas əxlaqlı olmaqdır.

-Adan Oktar niyə sizə "kediciklər" deyir?

-Bu medianın uydurduğu bir şeydir. Xocamız pişikləri çox sevir deyə belə bir şey uydurublar.

-Narahat etmir sizi?

-Yox, pişiklər çox gözəl heyvandır.

Tarix
2014.04.22 / 18:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla