Yuxarı

MTN: “Erməni diasporu mübarizə aparır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsində Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər təşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət göstərir.

Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri Fərhad Vahabov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçirilən konfransda çıxışı zamanı bunun vacib məsələ olduğunu deyib.

Onun sözlərinə görə, artıq erməni diasporu o qədər güclüdür ki, 200 ildir təşkilatlanmış şəkildə dünyada mübarizə aparır: "Biz də bunu tədricən sındırmağa çalışırıq. Müəyyən nailiyyətlər də var. 2005-ci ildə erməniçiliklə mübarizənin vəziyyətinə dair monitorinq aparılıb. 2005-ci ildə erməniçiliklə mübarizə 5%-in 95%-ə nisbətində idisə, 2011-ci ildə bu rəqəm 35%-in 65%-ə nisbətində olub. Bu, böyük sıçrayış və qələbə idi. Bu, bizim Azərbaycan ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının əlaqədar təşkilatlarla birgə apardığı mübarizənin nəticəsidir. Minlərlə kitab çap olunub, disklər, filmlər hazırlanıb və hər yerdə mübarizə aparılır. Bu işlərdə Heydər Əliyev Fondu və digər nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttə bunu dayandırmaq olmaz və bundan sonra daha mütəşəkkil şəkildə, səfərbər olaraq mübarizəni genişləndirməliyik" /Trend/.

Tarix
2014.04.23 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla