Yuxarı

Vitse-admiralın həbsi təsdiqləndi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:05

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbs xəbərini APA hərbi mənbələrinə istinadla təsdiqləyib.

Ş.Sultanovun Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanıldığı bildirilir. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Onun saxlanıldığı barədə bir neçə saat öncə hərbi ekspert Üzeyir Cəfərov məlumat yaymışdı.

17:17

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı Hərbi Məhkəməsinə aparılıb.

Yaxınlarının verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində prokurorluğun Ş. Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə baxılacaq.

20:33

Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər.

Tarix
2014.04.23 / 20:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla