Yuxarı

Gürcüstanda azərbaycanlılara genetik terror - Şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda azərbaycanlılara genetik terror - Şok

"Axar.az"ın əməkdaşı Tiflisdəki mənbələrdən inanılmaz məlumat edib.

Məlumatın təfsilatına keçməzdən əvvəl deyək ki, azərbaycanlılara qarşı "irsi soyqırım"da ermənilərlə bərabər Gürcüstan vətəndaşı olan azərbaycanlılar da iştirak edir.

Nəsli kəsən dərmanlar

Gürcüstandakı soydaşlarımızın sayını azaltmaq üçün erməni lobbisi milyonlarla manat pul xərcləyir. Bu barədə məlumatı muxbirimizə Gürcüstanın ictimai siyasi həyatında aktiv olan, ancaq adının açıqlanmasını istəməyən soydaşımız verib.

Mənbə deyir ki, Tiflisdə fəaliyyət göstərən "Çoxmillətli Gürcüstan" adlı qeyri-hökumət təşkilatı azərbaycanlıların Gürcüstanda sayını azaltmaq üçün Amerikadan xüsusi dərmanlar gətirib. QHT-nin rəhbəri Arnold Stepanyan adlı ermənidir. QHT-nin əsas donoru xaricdəki erməni lobbisidir. Onların xaricdən baha qiymətə gətirib xanım soydaşlarımıza payladığı dərmanlar sonsuzluq yaradır. Normalda həmin dərmanları Avropada yeni evlənən və qarşıdakı 10 il ərzində uşaq dünyaya gətirmək istəməyən insanlar istifadə edir. Həmin dərmanlarının bir gilə həbinin 40-60 dollar qiyməti var. Dərmanları Gürcüstanın azərbaycanlılar yaşayan əyalətlərindəki xanımlara paylamaqla onların yaxın 6-10 il ərzində dünyaya uşaq gətirmələrinin qarşısını alırlar.

Arnold Stepanyan - Səbinə Talıbova işbirliyi

Dəhşətlisi isə odur ki, bu planda əsas işləri Arnold Stepanyanın rəhbəri olduğu QHT-nin kordinatoru Səbinə Talıbova görür. Azərbaycanlıların yaşadığı Marneuli rayonundan olan Talıbova azərbaycanlılarla ünsiyyət quraraq evli xanımlara bu cür dərmanlar paylayır.

Oğlanlar da unudulmayıb

Azərbaycanın əleyhinə işləyən erməni lobbisi tərəfindən maliyələşən QHT soydaşlarımız oxuyan məktəblərdəki oğlan uşaqlarını da "yaddan çıxarmayıb". Onlara da bir neçə dəfə "qoruyucu" vasitələr paylanılıb. Yerli camaat bunu çox pis qarşılasa da, "QHT"nin bahalı dərman həblərinə "yox" deyənlərin sayı çox azdır. Səbəb odur ki, həb haqqında məlumat verərkən xanımlara "hamiləliyi önləmək üçün dərman" deməklə kifayətlənirlər. Azərbaycanlı xanımlar həmin dərmanların hamiləliyi 6-10 il ərzində önlədiyindən xəbərsizdirlər.

Məsələni gündəmdə saxlayacağıq.

Tarix
2013.11.18 / 16:35
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla