Yuxarı

Teatr tarixində ilk dəfə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt teatrında ilk dəfə olaraq jurnalistlər üçün mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfransda 30-dan artıq müxtəlif media nümayəndəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan direktor İslam Həsənov öncə Sumqayıt teatrının fəaliyyətindən bəhs edib. Daha sonra o, Sumqayıt teatrının yeni mövsümə planlaşdırdığı tamaşalardan danışaraq onların rejissorlarının bir qisminin əcnəbilər olacağını vurğulayıb. Direktor qeyd edib ki, yeni mövsümdə Qoqolun "Çiçəkovun səyahəti" (Ukraynadan dəvət olunacaq rejissor Arkadi Netolyukun quruluşunda), Qurban Səidin "Əli və Nino" (Gürcüstandan dəvət olunacaq rejissor Zurab Pxokadzenin quruluşunda) V.Şekspir "Otello" (Bolqarıstandan dəvət olunacaq rejissor Xristo Stoyçevin quruluşunda), Alber Kamyunun "Kaliqula" (quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Firudin Məhərrəmov), H.Mirələmov "Vicdanın hökmü" (quruluşçu rejissoru Namis Şirməmmədov), Harold Pinter "Sevgili" (quruluşçu rejissoru Vasif Məmmədov) əsərlərinə hazırlanan tamaşalar nəzərdə tutulub. Sonda direktor Sumqayıt teatrının ABŞ, Hindistan, Bolqarıstan və Türkiyə kimi bir çox xarici ölkələrə festival və qastrollarının da gözlənildiyini bildirib. O, həmçinin, Sumqayıt teatrının sentyabr ayında özünün 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırdığını da qeyd edib.

Tarix
2014.07.21 / 17:08
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla