Yuxarı

I dərəcəli Ali Mükafat niyə heç kəsə verilmədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycanda I dərəcəli Ali Media Mükafatına layiq jurnalist yoxdur".

Bu sözləri Axar.az-a "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı Mətbuat Şurasının təsis etdiyi 1-ci dərəcəli Ali Media Mükafatına bu il heç bir jurnalistin layiq görülmədiyini şərh edərkən dedi.

E.Şıxlı Mətbuat Şurasının mükafatlandırma tədbirində iştirak etmədiyi üçün bu barədə əlavə söz demək istəmədiyini bildirdi. Buna baxmayaraq, mükafata layiq jurnalistlərin olduğunu da qeyd etdi:

"Təbii ki, bu gün Azərbaycanda müxtəlif mükafatlara layiq olan jurnalistlər var. Ancaq I dərəcəli Ali Media Mükafatına layiq jurnalist yoxdur. Görün ölkə mediasının vəziyyəti hansı səviyyədədir ki, Mətbuat Şurası da I dərəcəli Ali Media Mükafatını heç kəsə verməyib".

Media eksperti Zeynal Məmmədlinin bu məsələ ilə bağlı fikirləri isə tam fərqlidir:

"Bu tipli mükafatlar veriləndə bir neçə faktor nəzərə alınmalıdır. Əvvəlcə, bir ictimai sual olmalıdır. Cəmiyyətin müxtəlif təbəqələrinin fikiri öyrənilməlidir. İkinci növbədə, Mətbuat Şurası, orada toplaşan adamlar bunu müəyyənləşdirməlidir. Daha sonra isə peşəkarlar, sırf praktik jurnalistikada olan və adı, uğurları şübhə doğurmayan insanlar bunu müəyyən etməlidir ki, mükafat kimlərə verilsin. Sadaladığım hər üç təbəqədən olan insanların gəldiyi ortaq qərarla I dərəcəli ali mükafatın kimlərə verilməsi müəyyən edilməlidir. Ancaq bu tipli müəyyənləşdirmələr olanda nəticələr mübahisə doğurmaya bilər. İndiki halda qaliblərin necə müəyyənləşməsi, reallığın nəzərə alınıb-alınmaması bir qədər şübhəli qalır".

Ekspert əlavə edir ki, bu il I dərəcəli Ali Media Mükafatının kiməsə verilməməsi nəyisə dəyişmir:

"Bu il 1-ci dərəcəli Ali Media Mükafatı hansısa jurnalistə verilməsə də, bundan öncəki illərdə bu mükafata layiq görülənlər olub. Deməli, Mətbuat Şurasının gəldiyi nəticəyə əsasən, Azərbaycanda bu mükafata layiq olanlar var. Mükafat bu il verilməyibsə, bu, nəyisə dəyişmir. Bundan öncə o mükafata layiq görülənlərə nəzər salınmalıdır ki, onlardan hansı buna layiq olub?"

Media eksperti Qulu Məhərrəmli isə deyir ki, birmənalı olaraq demək mümkün deyil - bu gün ölkədə bu mükafat layiq olan jurnalist var, ya yox:

"Təbii ki, ayrı-ayrı istedadlı jurnalistlərimiz var. Ancaq adətən neçə illərdir ki, media ali mükafatını nəşrlərə, dərsliklərə verirlər. Nəşrlər və dərsliklər də mükafata layiqdir, ancaq Ali Media Mükafatı parlaq və peşəkar jurnalist araşdırmalarına verilməlidir. Bu baxımdan hesab edirəm ki, I dərəcəli Ali Media Mükafatını bu il heç kəsə verməməklə düzgün qərar veriblər".

Q.Məhərrmlinin fikrincə, bu gün jurnalistikanın ümumi səviyyəsi və peşəkarlığı heç də yüksəlməyib:

"Həmçinin yazarların azadlığı da məhdudlaşdırılır. Bu kimi başqa ciddi problemlər də var. Bu baxımdan, bu gün əksər jurnalistlər fikirlərini ifadə edə bilmirlər. Xüsusən bu və ya digər şəkildə hökumətdən, biznes mərkəzlərindən asılı olan mətbu orqanlar var ki, məhdudiyyətləri çoxdur. Bu səbəbdən bu mükafata layiq kiminsə adını çəkməyə çətinlik çəkərəm".

Qeyd edək ki, Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı 2014-cü ildə ümumilikdə 8 nəfərə və 2 qəzetə verilib.

Bu il I dərəcəli Ali Media Mükafatı isə heç kimə verilməyib.

II dərəcəli Ali Media mükafatına isə "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı, "Haqqin.az" və "Virtualaz.org" saytlarının rəhbəri Eynulla Fətullayev, eləcə də Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzeti layiq görülüb.

III dərəcəli Ali Media Mükafatına layiq görülənlərin siyahısı isə belədir: Salyan rayonunun "Qələbə" qəzetinin baş redaktoru Rüstəm Məlikov, Zərdabişünas alim Eldəniz Həsənov, "Azərbaycan" qəzetinin baş redaktor müavini Amil Novruzov, veteran jurnalistlər Şakir Yaqubov və Hidayət Elvüsal, "Xalq qəzeti"nin əməkdaşı İlqar Həsənov və "Azərbaycan müəllimi" qəzeti.

Tarix
2014.07.23 / 18:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla