Yuxarı

“Sevil”ə görə daha bir həbs - Bələdiyyə sədri saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "Sevil" MMC-də başladığı yoxlamalarla bağlı daha bir nəfər saxlanılıb.

AzNews.az xəbər verir ki, massivin yerləşdiyi Abşeron rayonu, Hökməli kəndinin bələdiyyə sədri Mirnemət Mirsadiyev iki gün öncə İdarəyə çağırılaraq orada saxlanılıb. Məlumatda bildirilir ki, tikinti aparılan ərazilərin MMC-yə saxta sənədlərlə verilməsi müəyyən edilib. Buna görə də bələdiyyə sədri azadlıqdan məhrum edilib.

Bələdiyyədən adının çəkilməsini istəməyən bir şəxs isə bildirib ki, Mirnemət Mirsadiyev iki gün əvvəl saxlanılsa da, Abşeron İcra başçısı Zakir Fərəcovun müdaxiləsindən sonra o, sərbəst buraxılıb.

Lakin Mirnemət Mirsadiyevla əlaqə saxlamaq mümkün olmayıb. Hətta əməkdaşımızın onun müavini Xanbala Muradovu da tapmaq cəhdləri boşa çıxıb. Sədr də, müavin də işdə olmayıb və mobil telefonları işləməyib.
Özünü M.Mirsadiyevin yaxın dostu kimi təqdim edən Nizami adlı şəxs isə sədrin yoxa çıxmasını onun səhhəti ilə əlaqələndirib. O, bildirib ki, bələdiyyə sədri hazırda ağır xəstədir və yataq rejimində müalicə olunur: "Nömrəsinə zəng çatmamağı da ona görədir. İstəmir ki, kimsə onu narahat etsin".

Qeyd edək ki, "Sevil" MMC Müşviqabad qəsəbəsi yaxınlığında (Bakı-Şamaxı şosesinin 14-cü km-də) kreditlə boş torpaq sahələri təklif edir. Həmçinin şirkət son layihəsi kimi, yaşayış binalarının tikintisini planlaşdırırdı. MMC-nin rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı, iş icraçılarının və satış menecerlərinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparıldığı da bildirilir. Aynur Zeynalovun vəhhabilərlə əlaqəsi barədə də məlumatlar dolaşır.

Tarix
2014.07.24 / 17:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla