Yuxarı

İcra başçısı 5 milyonluq villa aldığını təsdiqlədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov "Azad Azərbaycan" Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması barədə yayılan məlumatlara münasibət bildirib.

B.Səfərov Publika.az-a açıqlamasında haqqında yayılan məlumatlara maraqlı cavab verib:

"Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil".

B.Səfərov jurnalistin "Vila almağınız barədə xəbərlər doğrudur?" sualına belə cavab verib:

"Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul hardandır? O qədər pulum yoxdur".

Sonra B.Səfərov zarafatla deyib ki, həmin villa dəyişdirilib: "Villanı alğı-satqı etməmişik, "barter" etmişik (Red: gülür)".

Xatırladaq ki, Tağı İbrahimovun Novxanıdakı möhtəşəm villasını 4,5 milyona satdığı barədə ekskluziv xəbəri Axar.az saytı olaraq biz yayımlamışıq. Onun tanınmış icra başçılarından birinə satıldığı haqda məlumat redaksiyamızda olsa da, təsdiqlənmədiyi üçün açıqlamamışdıq.

Tarix
2014.07.24 / 18:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla