Yuxarı

Oruc tutmaq mənlik deyil - Tanınmışlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 ayın sultanı olan Müqəddəs Ramazan bayramıdır. Bütün müsəlmanları bu əziz bayram münasibəti ilə təbrik etməklə yanaşı, tanınmışlarımıza üz tutub bir sorğu keçirdik.

Şair Baba Vəziroğlunun cavabından məlum oldu ki o, yaradıcılıq sferasında nə qədər aktivdirsə, digər məsələlərdə tənbəldir:

"Səhər yuxudan tez dura, gündüzlər ac qala, axşamlar isə tez yata bilmədiyinə görə oruc tutmuram. Oruc tutmaq mənlik deyil!"

Ac qal, sonar da üç dəfə çox yemək ye

Şairə Narıngül Nadir sorğunu cavablandırarkən oruc tutanların əksəriyyətinin dəbə uyduğunu bildirdi:

"Mən dindar adam deyiləm. Doğrudur, müəyyən qədər güvəndiyim, üz tutduğum inanclar var. Ancaq namaz qılacaq, oruc tutacaq qədər dini etiqadlara bağlı deyiləm. Düşünürəm ki, bu, ürəkdən gəlməlidir. Elələri var ki, ürəklərində etiqad olmadan, nəyinsə xatirinə: ya sağlamlıq üçün, ya da hamıya qoşularaq dəb xatirinə oruc tuturlar. Bunu da düzgün hesab etmirəm. Yəni mən əslində, bu işin mahiyyətini də düzgün anlamıram. Bir sözlə, mənlik deyil! Maraqlıdır, bir sutka ac qal, sonra günün sonunda gün ərzində dadacağın təamlardan da üç dəfə çox yemək ye. Düşünürəm ki, bu, ancaq insanın öz iradəsini möhkəmləndirmək, sınaqdan çıxartmaq üçün gərəkli bir vasitədir. Başqa bir şey deyil".

Mənim oruc tutmağım mümkün deyil

Şair Ehtiram İlham səhhətinə görə oruc tutmadığını dedi:

"Qabaqlar hər il oruc tutsam da, son illər səhhətimlə əlaqədar bunu yerinə yetirə bilmirəm. Və düşünürəm ki, bundan belə mənim oruc tutmağım mümkünsüz işə oxşayır. Çünki şəkərkli diabet elə bir mərəzdir ki, ömrünün sonuna kimi insanın yol yoldaşı olur. Amma bütün oruc tutanlara böyük sevgiylə ALLAH ORUCUNUZU QƏBUL ETSİN deyirəm".

Oruc tutmaq dəb deyil

Əməkdar artist Ağalar Bayramov da bu il oruc tutanların sırasında olmamasını səhhətini qınamaqla bildirdi:

"İllərlə oruc tutmuşam. Son iki ildə isə səhhətim qəti imkan vermir. Oruc tutmaq dəb deyil. Buna səhhət imkan verməlidir!".

100 rükət namaz qılmışam

Yazar Aləmzər Sadiqqızı oruc tutmamasına səbəb kimi şəkər xəstəsi olmasını göstərdi:

"Mən 15 ildən çox tutmusam. Bütün qədr gecələrini oyaq qalıb səhərəcən 100 rükət namaz qılmışam. Çox təəssüf ki, şəkər xəstəliyinə görə, indi oruc tuta bilmirəm".

Dözülməz baş ağrıları

Yazar Zəka Vilayətoğlu da oruc tutmamasının bir neçə səbəbini açıqladı:

"Bu ay da səfərlərdə, səyahətlərdə oldum. Bu sahədə bilgisi olanlar məsləhət bilmədilər, hətta dedilər ki, yaşadığın yerdən səksən kilometr uzaqlaşdınsa, bu, artıq səfər hesab edilir. Və oruc tutmaq olmaz. Həm də, sözün kəsəsi Oruc tutmağı bacarmıram. Bir neçə dəfə cəhd etmişəm də. Hətta üç gün oruc tutmuşam. Nə isə, bacarmıram dözülməz baş ağrıları olur məndə".

Şair Xəyal Rza "Mədəmdə gizli kamera yerləşdirmisiniz?", - deyə zarafat etsə də, dərman qəbul etdiyinə görə oruc tutmadığını bildirdi:

"Mədəmdə problem var".

Şairə Cığatel də soğunu cavablandırarkən səhhəti ilə bağlı oruc tutmadığını dedi.

Tarix
2014.07.27 / 21:14
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla