Yuxarı

Bakıda məmur vətəndaşı döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakının Nəsimi rayonu ərazisində məmurun dostu ilə birləşərək 44 yaşlı kişini döydüyü iddia edilir.

Bu barədə döyülən şəxsin qardaşı Səməd Müseyibov "Anspress"ə məlumat verib. Onun sözlərinə görə, 44 yaşlı qardaşı Rövşən Müseyibov axşam saatlarında Heydər Əliyev Sarayının yaxınlığında iki nəfərin hücumuna məruz qalıb. Onlardan biri İcra Hakimiyyətinin əməkdaşı Emin Əhmədlidir.

Səməd Müseyibovun sözlərinə görə, qardaşı hazırda Travmatologiya İnstitutundadır.

Məsələni araşdırmaq üçün Rövşən Müseyibovun özü ilə əlaqə saxladıq. Onun anspress-ə verdiyi məlumata görə, hadisə axşam saat 23:00-da "Qış bulvarı"nda çay içən zaman baş verib. Emin Əhmədli və onun yanında olan tanımadığı biri ilə görüşüb. Görüş zamanı Eminlə aralarında anlaşılmazlığı aydınlaşdırmaq istəyib.

Problem mənzillə bağlı olub. Belə ki, Rövşən Müseyibovun bankların birinə 37 min manat borcu olub. O, krediti verə bilmədiyi üçün onun Ayna Sultanovada mənzili müsadirə edib. Rövşən Müseyibovun ailəsilə birlikdə mənzildən çıxarılmasına isə Binəqədi rayonunun əməkdaşı Emin Əhmədli nəzarət edib.

Rövşən Müseyibov deyir ki, əslində evinin qiyməti 100 min manatdır. Lakin Emin haqsızlıq edib, ona evini sataraq borcunu qaytarmağa imkan verməyib.

"Biz görüşən zaman mən ona dedim ki, adam kişi olar. Məni 2 övladımla birlikdə çölə atdın. O isə burada adam çoxdur, kənara çəkilib danışmağı təklif etdi. Tinə çəkilən zaman Emin başladı mənə şillə-təpik vurmağa. Yanındakı dostu də ona köməyə gəldi. Birləşib məni möhkəm döydülər".

Hazırda xəstəxanada müalicə aldığını deyən Rövşən Müseyibov məsələnin Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşları tərəfindən araşdırıldığını də əlavə edib.

Polis bölməsində bildirdilər ki, bu barədə şikayət daxil olub. "Məsələ araşdırılır. Bundan artıq məlumat verməyə ixtiyarımız yoxdur".

Emin Əhmədli isə deyilənləri yalan adlandırıb. Məmurun sözlərinə görə, Rövşən Müseyibov ona şər atır.

"Mən dünən onunla heç bir yerdə görüşməmişəm. Rövşən Müseyibov məni şərləyir. Bununla bağlı heç başqa heç bir açıqlama vermək istəmirəm".

Tarix
2014.07.29 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla