Yuxarı

Georgi Vanyan Azərbaycana işləyən KQB agenti adlandırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Ermənistana təsiri artdıqca DTK (KQB) agentlərinin də fəaliyyəti aşkara keçir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni siyasi məhbusu Şant Arutunyan çıxış edib.

O, DTK agentlərinin Moskvanın əmri ilə Türkiyə və Azərbaycanın xeyrinə çalışmağa başladığını bildirib:

"Bunun ən son göstəricisi Georgi Vanyandır. Əvvəl mən hesab edirdim ki, Georgi Vanyan yalnız pasifist, kosmopolit və təmiz insandır. İndi mən görürəm ki, onun çıxışlarının ədalətlə oxşarlığı yoxdur. Onun davranışına yalnız bir ad vermək olar – vətən xaini. O, əgər azərbaycanlı "diversantlar"ın hüquqlarını müdafiə etsəydi, mən bunu başa düşərdim. Amma o həmin şəxsləri əsir kimi qəbul edir. Çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edir. Onun açıqlamalarından görünür ki, Vanyan Moskvanın əmri ilə Ermənistana qarşı fəaliyyət aparan rus agentidir. Aydındır ki, əgər o, Azərbaycanın agenti olsaydı, Ermənistan DTK-sı artıq çoxdan onu həbs edərdi".

Qeyd edək ki, Georgi Vanyan Ermənistandan fəaliyyət göstərən hüquq müdafiəçisidir. O, Azərbaycana qarşı xoş fikirlərinə, Xocalıya görə Ermənistanın üzr istəməli olduğunu deməsinə və ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan əraziləri olmasını etiraf etməsinə görə hər zaman rəsmi İrəvanın təzyiqlərinə məruz qalıb.

Tarix
2014.07.31 / 12:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla