Yuxarı

11 şəhidimizə atılan hər bir güllənin əmri Moskvadan gəlib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən dəfələrlə demişəm, cəbhə xətti Moskvadan idarə edilir".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə cəbhənin təmas xəttində Azərbaycanın 11 əsgərinin şəhid olması ilə bağlı informasiyanı şərh edərkən söyləyib.

O, Rusiyanın bununla Azərbaycana sərt mesaj göndərdiyini bildirib:

"Buna heç bir şübhəniz olmasın ki, cəbhədə atılan hər bir güllənin əmri Rusiyadan gəlir. Moskva desə ki, dayan, ermənilər sakitləşəcəklər. Bir dəfə Moskvasız 1999-cu ildə böyük hay-küy qalxmışdı ki, Ermənistanla Azərbaycan artıq Qarabağı həll ediblər. Onda atəşkəs xəttində atışmanın dayandırılması, snayperlərin fəaliyyətsizliyi haqqında qərar qəbul etmişdik. Ermənilər də buna razılıq vermişdilər. Bir adamın başından tük əskik olmurdu. Rusiya Ermənistanın parlamentini gülləbaran edib İrəvanı cəzalandırdı və yenidən bu hadisələr başladı. Jirinovskinin və digərlərinin Azərbaycanı tərifləmələri məsələsi də açıq-aydındır. Onlar bir tərəfdən mesaj göndərirlər ki, bizimlə razılaşsanız, sizinlə dostluq edəcəyik. Əgər bizim tabeliyimizə girsəniz, Gömrük İttifaqının üzvü olsanız, münasibətlərimiz yaxşılaşacaq. Əks təqdirdə isə vəziyyət gərginləşəcək".

Tarix
2014.08.01 / 12:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla