Yuxarı

Əmək kitabçaları əhəmiyyətini itirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni elektron informasiya sistemi tam qüvvəyə minənədək bir müddət köhnə və təzə sistem paralel işləyəcək".

Bunu Axar.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov əmək müqavilələri üzrə tətbiq olunan yeni elektron informasiya sisteminin hazırkı iş gedişatına münasibət bildirərkən deyib.

O, bildirib ki, elektron informasiya sisteminin tam tətbiqi təxminən oktyabr ayının 1-nə kimi yekunlaşacaq:

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün sahibkarlar tərəfindən 3 ay müddətində bütün məlumatlar elektron informasiya sisteminə oktyabrın 1-dək yerləşdirilmiş olacaq. Bu müddət ərzində işçilərin qeydiyyata alınmasında hansısa qanunsuzluqlara rast gəlinərsə, bu zaman sahibkarları cərimə və cəza gözləyir".

Yeni elektron informasiya sistemi tam qüvvəyə minənədək bir müddət köhnə və təzə sistemin paralel işləyəcəyini deyən Məhərrəm Məhərov əmək müqaviləsinin qüvvədə qalacağını da bildirib:

"Vətəndaşın əmək müqaviləsi ancaq sistemə daxil edildikdən sonra o, qanuni işçi hesab ediləcək və həmin gündən etibarən stajın hesablanma əməliyyatı başlayacaq. Bununla əlaqədar olaraq yeni əmək müqaviləsi bağlayan vətəndaşların sənədinin də elektron informasiya sisteminə yerləşdirilməsi işləri aparılır. Əmək müqaviləsi o şərtlə qüvvədə qalır ki, iki nüsxədən ibarət olan bu sənəd işçi ilə işə götürən arasında bağlanır, lakin köhnə sistemdən fərqli olaraq müqavilə məlumatlar yeni elektron sistemə daxil edildikdən sonra qüvvəyə minəcək. İki nüsxədən ibarət olacaq sənədin bir surəti isə işçidə qalacaq. Yeni sistemin köhnədən daha bir fərqi isə budur ki, işəgötürənlə işçi arasında bağlanan müqavilə əvvəllər həmin gündən qüvvəyə minirdisə, indi belə olmayacaq. Müqavilə sistem tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minmiş hesab olunacaq. Belə olan təqdirdə də qeyri-leqal məşğulluğun aradan qaldırılması mümkün olacaq".

Tarix
2014.08.20 / 17:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla