Yuxarı

İcra başçısı dini icmalarla nədən danışdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rayonun dini icmala nümayəndələrini bir araya toplayıb.

AzərTAc xəbər verir ki, görüş YAP Binəqədi rayon təşkilatının inzibati binasında baş tutub.

Xaləddin İsgəndərov yad ideyaların təsirində formalaşmış, millilikdən uzaq, milli və dini birliyimizə xələl gətirən təbliğatlara qarşı hər kəsin, xüsusilə din xadimlərinin ayıq-sayıq olmasının, dini təbliğatı sağlam əsaslar və mənəviyyat üzərində qurmağın vacibliyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müstəqilliyin bərpasından sonra Azərbaycanda dini dəyərlərimizə qayıdışın baş verdiyini söyləyib. Bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışan sədr Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən də söhbət açıb.

M.Qurbanlı qeyri-ənənəvi və zərərli dini təbliğatların qarşısının alınmasında din xadimlərinin rolunun vacibliyini qeyd edib.

Tarix
2014.08.23 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla