Yuxarı

Kamal Abdulla alimlərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla alimlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev alimlərlə görüşüb.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Axar.az-a verilən məlumata görə, görüşdə fondun "İlboyu bilik" layihəsi müzakirə olunub.

Bilik Fondunun missiyası barədə alimlərə məlumat verən K.Abdullayev "İlboyu bilik" layihəsinin məqsədi və hədəfləri barədə danışıb:

"Bu layihə Prezident İlham Əliyevin gənclərimizə himayəçilik etmələri üçün alimlərimizə verdiyi daha bir imkandır. Hər birinizin iştirakı ilə bilik cəbhəsində uğurlar qazanacağıq. Mühazirələrdə gənclərlə yanaşı yerli ziyalılar da iştirak edəcək və layihə o vaxt uğurlu sayılacaq ki, bölgə ziyalıları paytaxt məktəblərində mühazirələr deyəcəklər".

Sentyabrın 15-də "İlboyu bilik" layihəsi çərçivəsində alimlər, xarici ölkələrin Azərbaycandakı səfirləri müxtəlif rayonlarda yerləşən 70-dən çox məktəbdə "Azərbaycan bu gün və sabah" mövzusunda mühazirələr oxuyacaqlar.

Görüşdə müxtəlif elm sahələrini təmsil edən alimlər layihə ilə bağlı arzu və təkliflərini bildiriblər.

Akademik Tofiq Hacıyev layihəyə cəlb olunduğuna görə təşəkkürünü bildirib, bölgələrdə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb:

Professor Yusif Məmmədov bildirib ki, növbəti mərhələlərdə yerlərdə sorğular vasitəsilə sosial sifarişi müəyyənləşdirilsə, daha səmərəli nəticələr əldə edə bilər. Alim həmçinin bildirib ki, layihə bitəndən sonra monitorinqlərin aparılması mühazirələrin effektini dəyərləndirməyə imkan verəcək.

Sosioloq alim Əhməd Qəşəmoğlu Bilik Fondunun maarifçiliyə yönəlmiş bütün layihələrində həvəslə iştirak edəcəyini bildirib, alimlərin rayonlarda, ucqar kəndlərdə yerli əhali ilə görüşlərinin cəmiyyətin inkişafına böyük təkan olacağını deyib.

General-mayor Kamil Məmmədov "İlboyu bilik" layihəsinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində də müstəsna rolu olacağına əminliyini ifadə edib. "Alimlər bütün mühazirələrində vətənsevərliyi və azərbaycançılığı prioritet götürməlidirlər".

Qeyd edək ki, "İlboyu bilik" layihəsinin digər proqramının - "Qardaşlaşmış məktəblər"in icrasına sentyabrın 8-dən başlanır. Proqramın ilkin mərhələsində Azərbaycanın müxtəlif rayonlarında yerləşən 20 məktəb qardaşlaşacaq.

Bununla yanaşı, Bilik Fondu "Dini abidələrdə tarixin izləri", "Auditoriya+", "Ustad və şəyird", "Docendo discimus", "Yaradıcılıq fakültələri", "Epizod", "Məscidlərdə kitabxana", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda" layihələrini həyata keçirir.

Tarix
2014.09.08 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla