Yuxarı

“Kamal Abdulla intellektual nəsrin ən maraqlı yazıçısıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kamal Abdulla intellektual nəsrin ən maraqlı yazıçısıdır”

Kamal Abdullanın "Platon, deyəsən, xəstələnib" ("Platon, kajetsya, zabolel...") adlı hekayələrindən ibarət kitabı rus dilində "Xudojestvennaya literatura" nəşriyyatında yenicə işıq üzü görüb.

Axar.az xəbər verir ki, kitabda "Parisin seçimi", "Labirint", "Balaca həyətin həngamələri" və "Səhvlərimizin qrammatikası" silsiləsindən olan hekayələr sözügedən bölmələr altında qruplaşdırılıb. Əsasən, Bakıda dərc olunan "Sirri-Zəmanə" kitabının estetikası üzərində tərtib olunan kitabda Azərbaycan oxucusuna yaxşı tanış olan hekayələr rus ictimaiyyətinə təqdim edilib.

Kitabın ön sözünü isə Qoqol, Bunin və Aytmatov mükafatlarının laureatı, məşhur "Litqazeta"nın Baş redaktoru, yazıçı-dramaturq Yuri Polyakov yazıb. Yuri Polyakov Kamal Abdullanın yaradıcılığını uzun illərdir izlədiyini bildirib. "Kamal Abdulla intellektual nəsr janrında yazan ən maraqlı yazıçılardan biridir; onun əsərləri Platondan Borxesə kimi dərin zənginliyə malikdir. O aktuallaşdırır, dəyişdirir, ona qədər deyilənləri yenidən şərh edir və yeni bir fikir yaradır. Axı yenilik köhnə anlayışdır", - deyə Polyakov ön sözdə qeyd edir.

Tarix
2014.09.08 / 15:14
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla