Yuxarı

Putin NATO-nun imicini məhv elədi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ostap Benderin "Qərb bizi xilas edəcək" sarkazmı Ukrayna siyasətində növbəti təsdiqləyici sillə oldu. Tortun ən yağlı tikəsini Putinə yedirən Qərb indi "konfet satan" Poroşenko ilə avrointeqrasiya yolunda demokratik, parçalanmış, Krımsız Ukraynanın "cəfasını" çəkməkdədir. Bəs, Putinin əzələ nümayişi qarşısında qoca Avropa hansı yolu seçəcək?

Cığal uşaqlar kimi "vuraram haa" təhdidi üslubunda Kremli iqtisadi sanksiyalarla qorxutmağa çalışan Vaşinqtonun səyləri quru bəyanatlardan o yana keçmir.

Axar.az xəbər verir ki, bu günlərdə yuxarıda qeyd olunan proseslərə toxunan Avstriyanın "Kleine Zeitung" qəzeti "Rusiya Avropaya lazımdırmı?" başlığı altında manşet atıb. Məqalədə deyilir ki, Putinin əsas strateji məqsədi heç də Ukraynaya qarşı yox, birbaşa NATO–nun reputasiyasının dağılması istiqamətinə yönəlib. Təhlil xarakterli yazıda qeyd olunur ki, Putin Krımı ilhaq etməklə, Ukrayna sərhədlərinə ordu yığmaqla və düşünülmüş şəkildə separatçıları silahlandırmaqla Qərbin reaksiyasını yoxladı. Və bu nəbz yoxlaması Moskvanın istəkləri şəklində cərəyan elədi.

İndi hər şey sanksiyalardan asılıdır. Amma və lakin sanksiyalar Rusiyanı silkələyə bilməsə, Şərqi Avropa Qırmızı Ordu ilə üzbəüz qala bilər. Çünki Rusiya Şərqi Avropada hökmranlıq etməyə iddialıdır. Üstəlik, Rusiyanın Avropa üçün əvəzedilməz xammal ixracatçısı, əsas qaz təminatçısı olması sanksiyalar məsələsini sadəcə gündəmdə saxlayır. Əgər Rusiya Avropaya gedən qazın qaykalarını bağlasa, qoca qitənin əhalisi qışda donacaq.

Tarix
2014.09.15 / 09:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla