Yuxarı

“Qarabağ” polisə müraciət etdi - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də keçiriləcək Avropa Liqasının "Qarabağ" - "Sent-Etyen" oyunu öncəsi bilet satışında yenə problem yaranıb.

Axar.az-ın əməkdaşı xəbər verir ki, hər oyunda yaşanan bu problem bu dəfə də müşahidə olunur. Hazırda oyuna üç gün qalsa da, kassalarda biletlər qəhətə çıxıb, "qara bazar"da peyda olub.

Bu da öz növbəsində biletin qiymətinin süni şəkildə bahalaşması ilə nəticələnib.

Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında bilet tapmaq olmur. Ancaq stadionun ətrafında "qara bazar"da bilet yüksək qiymətlərə satılır.

Klubun satışa çıxardığı biletlərin qiyməti sektorlarından asılı olaraq 1, 2, 3, 4, 5 və 10 manatdır (VİP sektor üçün 50 manata). Bəzi şəxslər ucuz biletləri kütləvi şəkildə alaraq onu baha qiymətə satır ki, bu da azarkeşlərin narazılığına səbəb olub.

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qol.az-a deyib ki, problemlə bağlı onlara da müraciət olunub. "Bundan sonra biz dünən Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişik. Bundan başqa, biletlərin eyni şəxlərə çox satılmasının qarşısını almaq üçün klubumuz tərəfindən kassaların ətrafında mühafizəçilər yerləşdirilib. "Qarabağ" klubu olaraq maksimum dərəcədə biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almağa çalışırıq. Hazırda nə lazımdısa edirik və edəcəyik".

Tarix
2014.09.15 / 14:25
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla