Yuxarı

Putinin əfv etdiyi şəxs Rusiya prezidenti olmaq istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin əfvi ilə həbsdən azad olunan YUKOS neft şirkətinin keçmiş prezidenti Mixail Xodorkovski Rusiya Prezidenti olmağa hazır olduğunu deyib.

Axar.az xəbər verir ki, Fransanın "Le Monde" qəzetinə müsahibə verən Xodorkovski böhran zamanında deyil, normal cəmiyyətin qurulduğu zaman prezident olmaq arzusunu dilə gətirib:

"Ölkəmin normal şəkildə inkişaf etdiyi bir vəziyyətdə Rusiya Federasiyasının dövlət başçısı olmaq istəyərəm. Lakin böhrandan çıxmaq, konstitusiya islahatı kimi proseslər burada müstəsnadır. Hakimiyyətin məhkəmə, parlament və toplumda paylaşılmasını təmin edəcək konstitusiya islahatları müzakirə mövzusu olarsa, vəzifə almağa hazıram".

Xatırladaq ki, 2003-cü ildə dələduzluq və başqa cinayətlərin törədilməsində təqsirli bilinən milyarder düz 10 il sonra - 20 dekabr 2013-cü ildə Putinin sərəncamı ilə əfv olunaraq azadlığa çıxıb.

Tarix
2014.09.22 / 00:26
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla