Yuxarı

Prezident AŞPA nümayəndə heyətini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə ölkəmizdə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsi ilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırdı. O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək dəyərləndirdi.

Dövlətimizin başçısı son illər ölkəmizdə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğuladı.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulandı.

Tarix
2014.09.23 / 17:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla