Yuxarı

İcra başçısı Qurban Qurbanov həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan Muxtar Respublikası Dərbənd Rayon İcra Hakimiyyətinin azərbaycanlı başçısı Qurban Qurbanov saxlanılıb.

Publika.az-ın məlumatına görə, icra başçısı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İddia olunur ki, Q.Qurbanov 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib.

Qeyd edək ki, Q.Qurbanovun saxlanılması gözlənilən idi. Belə ki, bu il iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurban Qurbanovu istefaya çağırmışdı. Buna etiraz olaraq 1000-ə yaxın azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirmişdi. Q.Qurbanov "mənə 47 min insan səs verib, mənim istefa vermək fikrim yoxdur", - deyə cavab vermişdi.

Ardınca avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd Rayon İcra Hakimiyyətinin binasına basqın etdi. Əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edildi.

Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başladı.

Tarix
2014.10.01 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla