Yuxarı

Müxalifət lideri mübarizəyə davam edəcəyini dedi - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müxalifət lideri mübarizəyə davam edəcəyini dedi - Fotolar

Tailandda hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Aksiyaçılara liderlik edən Sutep Taqsuban parlament buraxılsa belə, savaşmağa davam edəcəyini söyləyib.

Setup paytaxt Banqkokda aksiyaçılara müraciətində bildirib ki, parlament buraxılsa və yenidən seçki çağırışı edilsə belə, kampaniyalarına davam edəcəklər:

"Savaşmağa davam edəcəyik. Çünki xalqın qanını sormaq, xalqdan oğurlamaq, konstitusiyaya hörmətsizlik etmək və bizi qul vəziyyətinə salmaq üçün yenidən geri qayıda bilərlər. Məhz buna görə insanlar seçkidən məmnun qalıb, evlərinə qayıtsa belə, mən təkcə burada olacağam".

Sutep həmçinin xalqı Banqkok Metropoliten Polis İdarəsini işğal etməyə çağırıb.

Banqkokda aksiyaçıların çoxu müxalifətdə olan Demokrat Partiyasını dəstəkləyənlərdir. Onlar zibil və inşaat maşınları ilə Nazirlər Kabinetinin binasına girməyə çalışıblar. Ancaq nəticədə polis müdaxiləsi ilə qarşılaşıblar.

İstefasını tələb edilən baş nazir Yinlak Şinavatra isə hakimiyyətə qarşı olan aksiyaçıların tələblərini qəbul etməyin mümkün olmadığını və istefa verməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Tailandda bir həftədir davam edən və bəzən zorakılığın baş verdiyi aksiyalarda son üç gün ərzində ən azı üç nəfərin öldüyü, 200-dən çox insanın isə yaralandığı bildirilir.

Tarix
2013.12.03 / 11:00
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla