Yuxarı

Azərbaycanda Federasiya prezidentinin qardaşı həlak oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciəvi şəkildə həlak olub.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.

"Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur" - deyə Nepal KİV-ləri xəbər verir.

Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi hadisə baş verib.

Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.

2013-cü il, mayın 19-da planetin ən yüksək nöqtəsində - Everest zirvəsində (8848 metr) üçüncü dəfə Azərbaycanın bayrağı qaldırılmış. Bu, "7 zirvə" beynəlxalq ekspedisiyanın tərkibində olan həmyerlimiz Murad Aşurluya nəsib olmuşu. Ümumən Everestdə Azərbaycanın bayrağı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2007-ci ildə qaldırılıb.

Yada salaq ki, 42 yaşlı Murad Aşurlu Moskvada ali təhsil almışdı. O, son illər ABŞ-da aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı.

Tarix
2014.10.22 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla