Berbokla Stoltenberq gizli görüşü... - Foto
15:18
Ana səhifə Planet |
"Ekspress AM6" kosmik aparatı bu gün "Briz-M" blokundan ayrılaraq orbitə çıxıb.
Axar.az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə "Roskosmos"un nümayəndəsi məlumat verib. Qeyd edilir ki, mayda baş verən qəzadan sonra "Proton-M" raketinin ikinci buraxılışı uğurla başa çatıb.
Rusiya kommunikasiya əlaqələri naziri Nikolay Nikiforov Tvitter vasitəsilə yeni peykin işə başlaması ilə əlaqədar rusiyalıları təbrik edib.
"Ekspress AM6" multiservis xidmətləri, VSAT şəbəkəsinin, eləcə də çevik hökumət və prezident əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Bu aparat "Ekspress AM5"dən sonra Rusyanın iknci peykidir. Yeni buraxılan peykin aktiv fəaliyyəti 15 il üçün nəzərdə tutulub.
Tarix
2014.10.22 / 16:50
|
Müəllif
Təhminə C.B.
|