Yuxarı

Bəlkə, mağara həsrəti çəkək?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəlkə, mağara həsrəti çəkək?

Şair Xanəmirin Kult.az saytında dərc olunmuş "Əlifbası olmayan xalq" yazısında bir sıra subyektiv mülahizələr səsləndirilib. Həmin mülahizələrlə bağlı bir görkəmli dilçi alim olaraq Kamal Abdullaya müraciət edib, fikirlərini öyrəndik:

"Əlifbası olmamaq nə deməkdir – anlamadım. Bütün xalqlar əlifbadan istifadə edir. Yüzlərlə xalq var ki, özü əlifba icad etməyib və bunun çatışmazlıq kompleksini daşımır. Qədim romalılar yunan əlifbasını, yunanlar finikiyalıların əlifbasını, ruslar, fransızlar, ispanlar, ingilislər... latın əlifbasını korrektə edə-edə bu gün də işlədirlər. Xanəmir Orhon-Yeniseyin təəssübünü çəkir. Runik əlifba olan Orhon-Yeniseyi hər hansı müasir türk dilinə uyğunlaşdırmaq cəhənnəm əzabından başqa heç nə olmazdı. Belə isə elə bir az da qədimə gedək – mağara həsrətini də mənəvi ağırlıq kimi milli kökümüzün bir komponenti edək. Mən Xanəmirin "əlifba" deyə-deyə nələri nəzərdə tutduğunu yaxşı anlayıram. Şairliyindən gələn səslərdir.

Bugünkü stabil mənəviyyat baxımından əlifbanı icad edən xalqla əlifbanı icad etməyən, ondan istifadə edən xalq arasında heç bir fərq yoxdur. Onda biz maşın sürəndə hər dəfə əzab çəkməliyik ki, niyə bu avtomobili icad edən biz deyilik?!

Cəmiyyəti komplekslərdən qurtarmağın üsullarını ortaya qoymaq lazımdır. Günah hissimizi eninə-uzununa araşdıra biləcəyimiz və bundan dərslər çıxarmalı olduğumuz halda asanlıqla ona oxşaya-oxşaya düşünmək istəyənləri çaşdıran çatışmazlıq kompleksi bizi hələ də burulğan kimi öz içinə çəkir".

Tarix
2014.10.22 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla