Yuxarı

İŞİD-in məşhur azərbaycanlı komandiri öldürüldü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koalisiya güclərinin Kobanide həyata keçirdiyi bombardıman nəticəsində İŞİD-in əslən azərbaycanlı, Qafqaz üzrə komandiri Rövşən Bədəlov öldürülüb.

Avropa.info xəbər verir ki, tabeçiliyindəki 25 nəfərlə birlikdə həyatını itirən Xalid Azəri ləqəbli Rövşən Bədəlov əslən Tərtər rayonundandır. Onun 90-cı illərdə Azərbaycanda Milli Azadlıq Hərəkatında iştirak etdiyi, 2001-ci ildə isə çeçen mücahidlərinə qoşularaq Pankisi dərəsində ruslara qarşı vuruşduğu bildirilir.

2002-ci ildə Pankisidə yaratdığı "Qarabağ Partizanları" adlı qrupla Azərbaycana keçərək ermənilərlə vuruşmaq istəmiş, lakin həbs olunaraq, 10 il həbsdə olub.

2013-cü ildə həbsdən çıxan Bədəlov bir ay Azərbaycanda qaldıqdan sonra Suriyaya keçərək aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət olan "Tabu" adlı bir qrup yaradıb. Daha sonra öz qrupu ilə birlikdə IŞİD-in tərəfinə keçib.

Rövşən Bədəlovun 50 yaşı var idi.

Tarix
2014.10.23 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla