Yuxarı

Cilov adası susuzluqdan yanır - Blokada

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı rayonu, Cilov qəsəbəsində yaşayanlar susuzluqdan yanır. Ada sakinləri yay-qış içməli su problemindən əziyyət çəkir. Dörd yanı su ilə əhatə olunan qəsəbə camaatı içməli su tapmaq üçün hava nəqliyyatının ümidinə Pirallahı rayonu, Cilov qəsəbəsində yaşayanlar susuzluqdan yanır. Ada sakinləri yay-qış içməli su problemindən əziyyət çəkir. Dörd yanı su ilə əhatə olunan qəsəbə camaatı içməli su tapmaq üçün hava nəqliyyatının ümidinə qalıb.

Axar.az-a bu haqda məlumat verən Cilov sakinlərinin sözlərinə görə, Pirallahı rayonunda içməli su problemi hər zaman olub. Əhali rayonun su sarıdan ən ağır vəziyyətinin Cilovda olduğunu qeyd edir.

"Qəsəbənin gəmi və hava nəqliyyatı var. Biz Pirallahıya vertolyot və gəmi ilə gedib-gəlirik. Qəsəbə qapalı bir yerdir. Dövlət Neft Şirkətinin əməkdaşları olmasa vəziyyətimiz pisləşər. Ancaq içməli su problemi həll olunmur. Hələ gözləməliyik ki, Pirallahı qəsəbəsinin özü içməli su ilə tam təchiz olunsun. Sonra növbə bizə çatsın. Allah bilir ki, nə qədər zaman lazımdır. Cilov əhalisi blokada şəraitində qalıb," – deyə sakinlər yazırlar.

Onların dediyinə görə, adada yerləşən bu qəsəbədə cəmi 1800 nəfər yaşayır: "Bizim qəsəbəyə kənar adamı buraxmırlar. Gərək Xəzər Dəniz Gəmiçilik icazə versin. Ona görə jurnalistlərin Cilova gəlib çəkiliş aparması da mümkün deyil. Ancaq özümüz gedib-gələ bilirik".

Tarix
2014.10.25 / 02:28
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla