Yuxarı

Azərbaycanda internet kəsilməsinin günahkarı onlardır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Provayderlər və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Provayderin borcudur ki, verdiyi internetin sürətinə nəzarət etsin, istənilən hava şəraitinə dayanıqlığını yoxlasın".

Bu sözləri Axar.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hava şəraitindən asılı olaraq zəifləyən internetin sürəti ilə bağlı danışarkən dedi.

O.Gündüzün fikrincə, havanın təsirindən zəifləyən internetin zəifləməsi və ya kəsilməsinin səbəbi provayderlərin yüksək səviyyədə olmamasından ibarətdir:

"Telefon xətti və ya birbaşa kabel vasitəsilə çəkilən internetin küləkli və yağmurlu havada kəsilməsi provayderdən asılıdır. Xətlər küləyin, yağışın təsirinə məruz qaldığı üçün sürət azalır. Provayder və ya telefon qovşağı internet çəkilişi zamanı xətlərin dayanıqlığını yoxlamalıdır. Hətta bəzi internet kabelləri kanalizasiyadan keçir, belə olan zaman xətlərə su yığılır, nasazlıq yaranır. İstənilən təsir isə internetin sürətini azaldır. Burada əsas problem provayderdə, sizə interneti verən telefon qovşağındadır".

O.Gündüz qeyd edir ki, kabelsiz internet öptürücülərində isə havanın təsirindən yaranan problem gözləniləndir:

"Küləkli havalarda kabelsiz internet ötürücüləri ilə internetə girən zaman həqiqətən də internet surətindəki zəifləmə müşahidə edilir. Bu, əslində gözləniləndir. Çünki data-kartlar interneti hava vasitəsilə ötürür. Pis, küləkli və yağmurlu hava şəraiti kabelsiz, hava internetinin surətinə mütləq şəkildə təsir edir. Haradasa bunu normal da hesab etmək olar. Ancaq bu təsirlər o qədər də ciddi olmamalıdır. Əgər internetin sürəti həddindən artıq zəifləyir, ümumiyyətlə, internetə qoşulmaq mümkünsüzləşirsə, bu, artıq küləyin təsirindən deyil. Problem provayderdədir ki, hər şeyi nəzərə almayıb. Mobil provayderlər təqdim etdiyi data-kartlara nəzarət etməyə borcludur".

Azərbaycan İnternet Forumunun prezidentinin fikrincə, provayderlər verdiyi internetin sürətinə nəzarət etməlidir:

"Provayderlər və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Ümumiyyətlə, bütün provayderlər hər bir şəraiti nəzərə almalıdır. Yüksək göstəricilərə cavab vermək üçün monitorinq keçirməli, xətlər test edilməli, antenalar, ötürücülər, həmçinin şirkətin ofisindəki internet ötürücü avadanlıqlar yoxlanmalıdır, yüksək vəziyyətə gətirilməlidir. İstifadəçi internet çəkdirən zaman müəyyən sürət seçir və buna əsasən müqavilə hesablayır. Əgər istifadəçidən asılı olmayan səbəblərdən müqavilədə qeyd edilən və hər ay abunə haqqı ödənilən internet sürəti zəifləyir və ya kəsilirsə, istifadəçi buna görə provayderi məhkəməyə verə bilər. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Sənaye və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar".

Tarix
2014.10.29 / 08:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fransa Bakıya "ölüm qrupu" göndərdi - Şok

İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Azərbaycan-AB əməkdaşlığı müzakirə olundu

Bakı və Tehran təhlükəsizlik məsələlərini müzakirə etdi

Milyarderlər siyahısına Ələkbərov başçılıq edir

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...

Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü

Fransada siyasi rəqiblərə qarşı repressiya başladı

Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu

Prezident Mehdi Sənayini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla