Yuxarı

İnternetdə yayılan gizli səs yazısı Ermənistanı silkələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnternetdə yayılan gizli səs yazısı Ermənistanı silkələdi

Katolikos II Qaregin kilsəni mafiya klanına, oğru adətləri olan struktura çevirib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın sosial işlər naziri Arsen Torosyan deyib.

Nazir arxiyepiskop Natan Ovannisyanın və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyanın internetdə yayılan səs yazısına istinadla sosial media hesabında bildirib:

“Kilsə xadimlərinin son söhbətləri iki şeyə dəlalət edir: Birinci, müxalifət xalq dəstəyi baxımından o qədər acınacaqlı vəziyyətdə olub və elə vəziyyətdədir ki, katolikos vəzifəsini qəsb edən şəxs kilsə xadimlərini mitinqlərə adam gətirməyə məcbur edib və sayla bağlı onların qarşısına konkret rəqəmlər qoyub.

İkinci, həmin şəxs - Ktriç Nersisyan (II Qaregin) kilsəni mafiya klanına, oğru adətləri olan struktura çevirib və bunun sübutu günbəgün artır”.

Qeyd edək ki, internetdə 2023-cü ilin oktyabrında arxiyepiskop Natan Ovannisyan və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyana aid söhbətin səs yazısı yayılıb. Səs yazısından belə anlaşılır ki, II Qaregin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bəzi ruhani şəxslər isə buna qarşı çıxıb. Artıq məsələ ilə əlaqədar cinayət işi açılıb və üç yüksək vəzifəli din adamı həbs olunub.

Səs yazısı Ermənistanda geniş müzakirələrə səbəb olub.

Tarix
2025.10.18 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla