Yuxarı

Andrade "Atletik Bilbao" ilə oyundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Andrade "Atletik Bilbao" ilə oyundan danışdı

“Atletik Bilbao” barədə çox danışmağa ehtiyac yoxdur. Onların səviyyəsi və futbolçuların keyfiyyəti hər kəsə məlumdur. Bizi çox çətin oyun gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Leandro Andrade deyib.

25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının VIII turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri görüşü, Çempionlar Liqasının əsas mərhələsində növbəti həftə baş tutacaq “Atletik” (İspaniya) ilə oyuna son hazırlıq kimi dəyərləndirib:

“Bu matç bizim üçün bir növ test idi. Çünki o səviyyədə komanda ilə oynamazdan əvvəl belə rəqiblə qarşılaşmaq yaxşı sınaqdır. Əvvəlki matçlarda olduğu kimi, meydana çıxıb sadəcə oyundan zövq almağa çalışacağıq. Möhtəşəm stadionda və atmosferdə oynayacağıq, bu da motivasiyamızı artırır. Öz oyun üslubumuzu nümayiş etdirməyə çalışacağıq. Təbii ki, qol vurmaq istəyirəm. Hər bir futbolçu komandasına qələbə qazandırmaqda pay sahibi olmağı arzulayır. Amma qol vuracağam, ya yox, bunu yalnız Allah bilir”.

Andrade Kabo-Verde millisinin DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandığını, lakin özü ilə bağlı yayılan “yığmadan imtina edib” iddialarına, həmçinin dəvət gələrsə gedə bilərmi sualına belə reaksiya verib:

“Bu məsələ barədə düşünməmişəm. Ona görə də hər hansı şərh vermək istəmirəm”.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” görüşü oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Tarix
2025.10.18 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla