Yuxarı

Bilik Fondu məğlubları mükafatlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Axar.az-a verilən məlumata görə, oktyabrın 29-da Qax rayonu 2 saylı şəhər məktəb-liseyin şagirdləri ilə Bakının Yasamal rayon 158 saylı tam orta məktəbinin şagirdləri görüşüb.

Qax məktəblilərini paytaxtda Bilik Fondunun xüsusi geyimlərində olan yaşıdları qarşılayıb. 158 saylı məktəblə tanışlıqdan sonra məktəblilər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Şagirdlər qədim qalalarda, muzeylərdə olub, Bakının tarixi yerləri barədə geniş bilgilər əldə ediblər.

Tərəflər arasında "Qardaşlaşma sazişi" imzalanıb. Hər iki məktəbin nümayəndələri imzalanma mərasimindən sonrakı çıxışlarında dostluqlarını davam etdirəcəklərini vurğulayıblar və qaxlılar Bakı məktəblilərini qonaq dəvət ediblər.

Layihə çərçivəsində ilk dəfə məktəblilər Bilik Fondunda olublar. Fondla geniş tanışlıqdan sonra komandalar arasında yarışma başlayıb. Bilik yarışmasında Yasamal məktəbliləri qalib gəlib. Qaliblərlə yanaşı, məğlublar da mükafatlandırılıb. Onlara kuboklar, sertifikatlar, təşəkkürnamələr, kitablar və qiymətli hədiyyələr verilib.

Qeyd edək ki, Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsinə sentyabr ayının əvvəlindən start verib. Bu müddətdə müxtəlif rayonların məktəbləri layihəyə cəlb olunub, 26 məktəb arasında qardaşlaşma sazişi imzalanıb.

Tarix
2014.10.30 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla